Şəhidlər unudulmurlar

Şəhidlər unudulmurlarSulut kənd orta məktəbində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanır. Bu məqsədlə müxtəlif maraqlı tədbirlərə geniş yer verilir. Şəhidlərin xatirə günlərinin keçirilməsi də belə tədbirlərdəndir. Artıq ənənə halını almış bu tədbirlərdən biri də yaxın günlərdə keçirilmişdir. İlk öncə onu da qeyd edim ki, kəndimiz kiçik olmasına baxmayaraq Qarabağ döyüşlərində 10 şəhid vermişdir. Aprelin 18-də kənd məktəbində şəhid Coşqun Muradəliyevin xatirə və Eldar Nuriyevin ad günü qeyd edilmişdir.
Tədbiri N.Mahmudov giriş sözü ilə açdı. Məktəbin direktoru X.Cəfərov hər iki şəhid haqqında toplaşanlara geniş məlumat verdi. Gənclərə Coşqun, Eldar və digər şəhidlər kimi igid, qorxmaz olmağı tövsiyə etdi. Yeri gəlmişkən, bir fakt xüsusilə qeyd edilmişdir. Bu kəndin oğulları Böyük Vətən müharibəsində də alman faşizminə qarşı gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşlar. Həmin qanlı döyüşlərdə kəndin 180 nəfər kişisi döyüşmüşdür. Onların yarısı döyüşlərdə həlak olmuşdur. Sulutda doğulub boya-başa çatmış Bəhyəddin Mirzəyev isə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Ad gününə kəndin ictimaiyyət, məktəbin şagird və müəllim kollektivlərinin nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri dəvətli idilər.
Şəhidlər unudulmurlarMəktəbin şagirdləri də tədbirə əliboş gəlməmişlər. Şagirdlər şəhidlər, Vətən və torpaq haqqında yazılmış şeirlər söyləmiş, səhnəciklər göstərmişlər.
Tədbirdə QMƏVŞA İctimai Birliyi İsmayıllı rayon şöbəsinin nümayəndəsi İ.Musayev, rayon Gənclər və İdman İdarəsinin işçisi E.Məmmədli iştirak etmişlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz