Özlərini sınayıblar

Özlərini sınayıblarRayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı İsmayıllı rayon komitəsi ümumi təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat, voleybol və stolüstü tennis yarışları keçirilib. Yarışda rayonun 40-dan çox təhsil müəssisəsində çalışan müəllimlər iştirak etmiş və idmanda öz güclərini sınayıblar.
Gərgin mübarizə şəraitində keçən şahmat yarışında şəhər 7 nömrəli tam orta məktəbin şahmat müəllimi Cahangir Niftalıyev I, 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arif Mirzəyev II, 6 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İlham Yusifov III yerləri tutub.
Voleybol yarışında müəllimlərdən ibarət komandalarda 3 nömrəli tam orta məktəb I, 5 nömrəli tam orta məktəbi II, Quşencə kənd tam orta məktəb isə III yerə sahib olub.
Özlərini sınayıblarStolüstü tennis yarışında UGİM-in məşqçi müəllimi Sənan Abdullayev I, Quşencə kənd tam orta məktəbin müəllimi Ağabala Ağayev II, 3 nömrəli tam orta məktəbin müəllimi Sənan Abdullayev isə III yeri tutub.
Qaliblər RTŞ-si və ATİAHİ RK- nin birgə diplomları və pul mükafatı ilə mükafatlandırılıb.
Hafiz Kərimov,
ATİAHİ RK-nin sədri

Şərh Yaz