Həndbolçularımız birinci oldular

Həndbolçularımız  birinci oldularAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə əmrinə əsasən idman məktəblərinin VI Respublika Oyunlarına start verilmişdir.
17-21 aprel 2013-cü il tarixlərində Astara rayonunda VI Respublika Oyunlarının startı verilmişdir. Burada 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında həndbol üzrə respublika zona yarışları keçirilmişdir. Zona yarışında rayon Uşaq-Gənclər İdman Məktəbinin oğlanlardan ibarət komandası (Talıstan kənd tam orta məktəbinin şagirdləri) təmsil etmişdir. İdman məktəbinin həndbol üzrə məşqçi-müəllimi Seyran Abdullayevin rəhbərliyi ilə yarışa qatılan idmançılarımız gərgin mübarizə və əzmkarlıq göstərərək birinci olmuşlar. Zona qalibi olan həndbolçularımız respublika final yarışına vəsiqə qazanmışlar.
Bu məsul yarışlarda gənc idmançılarımıza uğurlar arzulayırıq. Bunun üçünsə, gərgin məşqlərə başlamaq lazımdır.
Nəriman Alıyev,
Uşaq-Gənclər İdman Məktəbinin direktoru

Şərh Yaz