Beşmərtəbəli yaşayış binasının təməli qoyuldu

Beşmərtəbəli yaşayış binasının təməli qoyuldu26 aprel keçmiş SSRİ məkanından çıxmış ölkələrin yaxın tarixində faciə günü kimi qalıb. İsmayıllıda kədəri yaşamaqla yanaşı sevinməyi də bacarırlar.
Həmin gün Nizami Gəncəvi küçəsinin şimalında ilk beşmərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirildi. Əraziyə yaxın, istifadə müddətini başa vurmuş ikimərtəbəli, çoxmənzilli binalarda yaşayanlar bir neçə aydan sonra yeni mənzillərə köçəcəklər. Şəhərin bu hissəsində, müasir layihələrlə inşa olunacaq binaların yaxınlığında isə vacib sosial obyektlər tikiləcəkdir ki, bu da yeni mənzillərə sahib olanların rahat, firavan yaşamalarına xidmət edəcəkdir.
Beşmərtəbəli yaşayış binasının təməli qoyulduTəməlqoymaya marağı olan 150-dən çox insan sevinərək mərasimə gəlmişdi. RİH-nin başçısı Mirdaməd Sadıqov tədbiri giriş sözü ilə açdı, İsmayıllının inkişafına verilən startdan danışdı, qoyulan bünövrəyə: Allah mübarək eləsin! – dedi.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, rayondakı yeniliklərə onu gətirənlər qədər sevinən, jurnalist, Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış etdilər.
Mərasim iştirakçıları onlara göstərilən dövlət qayğısının əyani təzahürünü gördülər.

Şərh Yaz