Bizlanda görüş

Bizlanda görüşRayonun bütün yaşayış məntəqələrində olmaq, oradakı əhali ilə görüşmək, problemləri öyrənmək məqsədi ilə səyyar görüş-qəbullar keçirən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Bizlan kəndinin sakinləri ilə görüşüb. Görüş zamanı başçı çıxış edənləri diqqətlə dinləyib. Qaldırılan məsələlərin həllində məhz kənd sakinlərinin daha işgüzar olmaları, əlbir işləməyin faydası barədə səmimi söhbət gedib. Kənd təsərrüfatı məhsulları istehsalı sahəsində fəallıq göstərənlərə aşağı faizlə kreditlər verilməsinin mümkünlüyü sakinlərin diqqətinə çatdırılıb. M.Sadıqov kənddə mövcud olan sosial problemlərin həlli ilə bağlı rayonun əlaqədar idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz