Yaddas kitabcasi

Həmfikirlərin yığıncağı

Həmfikirlərin yığıncağıAprelin 20-də YAP İsmayıllı rayon təşkilatı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Talıstan kənd tam orta məktəbində fəal YAP üzvləri ilə birlikdə tədbir keçirdi.
Tədbiri RİH başçısının Talıstan kənd İƏD-i üzrə nümayəndəsi S.Şirəliyev açdı. O, Ulu öndərin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasından, onun xalqın, dövlətin həyatında, müxtəlif sahələrdə gördüyü işlərdən danışdı.
Sonda YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, respublikamızın inkişafında gördüyü işlərdən söz açdı. Ümummilli liderin rayonumuza səfərləri zamanı əhali ilə görüşlərindən, rayonumuzun inkişafı naminə verdiyi tapşırıqlar barəsində tədbir iştirakçılarına geniş məlumat verdi. Natiq qeyd etdi ki, nə qədər Azərbaycan xalqı var, Ulu öndər xalqın qəlbində daim yaşayacaqdır.
Ramid Qasımov

Şərh Yaz