Üç qızıl və bir gümüş medal

Üç qızıl və bir gümüş medalHəmyerlimiz, polis çavuşu Kamil Qafarov boş vaxtlarını idmana həsr edir. Əvvəllər yunan-roma güləşi ilə, sonralar paurliftinqlə məşğul olmağa başlamışdır. Bu idman növündə mühüm qələbələr qazanmışdır. O, idmanın bu növü üzrə onqat respublika çempionudur. Kamil Qafarov 2005-ci ildə Almaniyada dünya kuboku uğrunda turnirin qalibi olmuşdur.Üç qızıl və bir gümüş medalHəmyerlimiz, polis çavuşu Kamil Qafarov boş vaxtlarını idmana həsr edir. Əvvəllər yunan-roma güləşi ilə, sonralar paurliftinqlə məşğul olmağa başlamışdır. Bu idman növündə mühüm qələbələr qazanmışdır. O, idmanın bu növü üzrə onqat respublika çempionudur. Kamil Qafarov 2005-ci ildə Almaniyada dünya kuboku uğrunda turnirin qalibi olmuşdur.
Bu yaxınlarda çəkisi 82,5 kiloqramadək olan idmançılar arasında açıq respublika çempionatında 185 kiloqram nəticə ilə birinci yeri tutaraq qızıl medala layiq görülmüşdür. Martın sonlarında isə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirilən Avropa çempionatında pauerliftinq yarışlarında qızıl və bu idman növünün digər versiyası üzrə gümüş medala sahib olmuşdur. Kamil bundan əvvəl Avropa çempionatında, ölkədaxili və beynəlxalq yarışlarda medallar əldə edib. Hazırda o, may ayında Soçidə təşkil olunacaq dünya çempionatına hazırlaşır. İnanırıq ki, Kamil dünya çempionatında da rayonumuzun idman şərəfini layiqincə qoruyacaq və medalla qayıdaraq bizi sevindirəcək. Uğurlar Kamil!
“İsmayıllı xəbərləri”

Şərh Yaz