Yaddas kitabcasi

Xatirə günü keçirildi

Xatirə günü keçirildiUlu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İsmayıllı rayonunun Uştalqışlaq kənd tam orta məktəbində xatirə günü keçirildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi və dahi öndərlə şəxsən görüşmüş, müəllim Yaşar Nuriyev də iştirak edirdi.
Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edildi. Məktəbin direktoru Yuriy Novruzov giriş sözü ilə çıxış etdi və iştirakçıları salamladı, məzmunlu çıxışı ilə dahi öndərin həyat yoluna bir nəzər saldı.
Direktorun çıxışı maraqla dinlənildi. Söylənən fikirlər şagird və müəllim kollektivinin ürəyində Ulu öndər sevgisini daha da artırdı. Ümummilli liderin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyevi yaxından görmüş Yaşar Nuriyevin çıxışı tədbirə xeyli gözəllik qatdı. O, öndərlə bağlı xatirələrini tədbir iştirakçılarına çox böyük həvəslə çatdırdı. Həqiqətən də Öndəri yaxından görən bir insandan onun haqqında danışdıqlarını eşitmək dinləyənlərə qürur hissi verdi.
Heydər Əliyevin həyat və fəaliyyəti barədə məktəbin tarix müəllimi, bu sətirlərin müəllifi Firuzə Əhmədova da şagird və müəllim kollektivinin diqqətinə bir sıra maraqlı məlumatları çatdırdı. Sonda tədbir iştirakçılarına dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olundu.
Tədbir başa çatdıqdan sonra şagird və müəllim kollektivi rayona gəldi və Heydər Əliyev Mərkəzini ziyarət etdi. Şagirdlər burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Ulu öndərə Allahdan rəhmət diləyən şagird və müəllimlərimiz onun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyevə şərəfli işində uğurlar arzuladılar.
F.Əhmədova

Şərh Yaz