Yaddas kitabcasi

Məktəbimizin dördüncüləri

Məktəbimizin  dördüncüləriKollektivimizdə bacarıqlı, savadlı və təcrübəli müəllimlər az deyil. Hamı əl-ələ verib çalışır, bir-birinə dayaq durur, bir-birindən öyrənir. Bu da məktəbin ümumi nəticələrinə müsbət təsirini göstərir. Hər bir müəllim uşaq psixologiyasına daha çox diqqət yetirir, onlardan nəvazişlərini əsirgəmirlər. Məktəb rəhbərliyi də işini yüksək səviyyədə qura bilmişdir.
Şəhər 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimiyəm. Təkcə mən deyil, burada çalışan hər bir gənc müəllim məktəb rəhbərliyinin qayğı və diqqətini hiss edir. Bu da cavan kadrların məsuliyyətini, işə olan həvəsini xeyli artırır. Hər kəs belə qayğı ilə əhatə olunmuşdur. Məncə, məktəbin uğurları da buradan qaynaqlanır, desək səhv etmərik. Mən də bu müəllimlərdən biriyəm. Rəhbərlik etdiyim IV sinif şagirdləri məktəbin tədbirlərində həmişə fəallıq göstərirlər. Bu dördüncülər 8 Mart, Novruz bayramı şənliklərində yaxşı cəhətdən fərqlənmişlər. Yola salmağa hazırlaşdığımz dərs ilində mənə çətin də olsa dördüncülərimdən ayrılacağam. Bir şeydə əminəm ki, dörd il dərs dediyim bu şagirdlər yuxarı siniflərdə təlim-tərbiyələri ilə başqalarından müsbət cəhətdən fərqlənməyi bacaracaqlar. Onlar öz bilik və istedadları ilə məktəbimizin adını yüksəklərdə tutacaqlar.
Ülviyyə Yəhyayeva,
məktəbin ibtidai sinif müəllimi

Şərh Yaz