Yaddas kitabcasi

Yeni uşaq bağçasının təməli qoyuldu

Yeni uşaq bağçasının təməli qoyuldu8 aprel 2013-cü il İsmayıllı şəhərinin tarixi üçün əlamətdar bir gün oldu. Qəşəm Aslanov küçəsində yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirildi. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq gələnlərə təşəkkür etdi və bildirdi ki, bundan sonra rayon sakinləri çox yeniliklərin şahidi olacaqlar. Tikiş və toxuculuq fabrikləri, kompüter zavodu, çoxsaylı məktəb və uşaq bağçası, hündür mərtəbəli yaşayış binaları, kollec tikiləcək, yerli telekanal açılacaq.
Təntənəli təməlqoyma mərasiminə toplaşdığımız uşaq bağçası 140 yerlikdir. Fasiləsiz təhsilin ilkin mərhələsi olan uşaq bağçasında xarici dil, kompüter öyrədiləcək, intellektual səviyyəsi yüksək olan uşaqlar yetişdiriləcək.
Mirdaməd müəllim valideynləri, təhsil işçilərini, pedaqoji ictimaiyyəti yeni uşaq bağçasının inşasına başlanması ilə əlaqədar təbrik etdi.
İctimai ağsaqqallar şurasının sədri, qabaqcıl təhsil işçisi Fərman Bəşirov, QHT sədri Şirinbəyim Atayeva, keçmiş bağça işçisi Rəfiqə Əzimova və başqaları çıxış etdilər.
Özülə ilk beton töküldü. Hamı bu vacib layihənin həyata keçirilməsini alqışladı.
Türanə Nəsirova

Şərh Yaz