Sözü saxlayaq, işə başlayaq

Sözü saxlayaq, işə başlayaq
Kəndin keçmişinə yaxşı bələdəm
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun aprel ayının 4-də Talıstan kəndində keçirdiyi görüş-qəbulunda əsas istiqaməti Lətifə xanımın rayon qadınlarının konfransındakı çıxışında işlətdiyi ifadə idi – Sözü saxlayaq, işə başlayaq!
Mirdaməd müəllim 500 nəfərdən çox görüş iştirakçısına müraciət edərək dedi:
– Sizin problemlərlə tanışam. Son üç ildə müxtəlif ünvanlara çoxsaylı məktublar göndərmisiniz. Əksəriyyəti də torpaq və yardımla bağlı olub. Torpaqdan qanuni istifadəni təmin etməli olan təşkilatlar hara baxırdı? Özünüz niyə bir iş sahəsi yaratmırdınız? Olmazmı ki, torpaqları çəpərləmək əvəzinə birgə təsərrüfat yaradasınız? Sizin kəndin, təsərrüfatın keçmişinə yaxşı bələdəm. Vaxtilə təsərrüfatınız qabaqcıl, kəndiniz daha abad olub. Niyə o ənənələri davam etdirmirsiniz? Biz sizinlə birgə çalışmalıyıq ki, öncə ümumi, sonra isə fərdi problemləri həll edək. Varmı aranızda ali təhsilli mütəxəssislər? Quşçuluq, heyvandarlıq üzrə təsərrüfat yaratmaq, meyvə şirəsi və konserv müəssisəsi açmaq üçün biznes layihələr hazırlasın, ən çoxu 6 faizlə kredit alsın, özü işləməklə yanaşı, digərlərini də işlə təmin etsin. Hamı yardım umacaqsa, işləyən kim olacaq? 2382 nəfər insanın yaşadığı kənddə niyə mədəniyyət evi, xəstəxana olmasın? Torpaqlarınızı alıb ev tikənləri, kəndin imkanlı adamlarını sosial problemlərin həllinə cəlb etməlisiniz.
Sözü saxlayaq, işə başlayaqOrta məktəbiniz də müasir, iqtisadi idarəetmə istiqamətində şagirdlərlə iş aparmır, layihələr hazırlanmasında iştirak etmir.
Kimlərsə həyətyanı və ya pay torpağının sənədini almayıb. Mülkiyyət hüququ verən şəhadətnaməsi yoxdur. Torpaq şöbəsinə və digər aid məsul şəxslərə 10 gün vaxt verirəm. Bu məsələlər öz həllini tapmalıdır.
Mövcud problemləri RİH-nin başçısı Mirdaməd Sadıqov şərh etsə, diqqətə çatdırsa, həlli yollarını dəqiq göstərsə də, şəxsi məsələlərini ortaya gətirənlər də oldu. Hər bir məsələ ilə əlaqədar konkret tapşırıq verildi.
Şəhərə birləşən Micanın da problemləri çoxdur
Talıstandan sonra RİH-nın başçısı Mirdaməd Sadıqov şəhərə birləşmiş, keçmiş Mican kəndinin məktəbinə gəldi. İclas zalı dolmuş, ayaq üstə duranlar da vardı. Micanla çox yaxından tanış olduğunu bildirən Mirdaməd müəllim görüş-qəbulu açaraq dedi:
– Tanınmış ziyalılar yetişdirməkdə, rayonda saf, mənəvi-siyasi mühit yaradılmasında Micanın böyük rolu var. İctimai xadim, böyük ziyalı Rəşid Mahmudov bu kənddəndir. Burada çox dəyərli ağsaqqallar olub. İndiki fəaliyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə daha çox ehtiyac var. İş qurmaq, iş yeri yaratmaq istiqamətində fəaliyyət göstərməliyik. Müxtəlif ünvanlara şikayət, müraciət, ərizə göndərməklə nəyəsə çatmaq mümkün deyil.
Sözü saxlayaq, işə başlayaqTorpaqlara münasibətiniz yaxşı olmayıb. Pay torpaqlarınıza yersiz müdaxilələrə yol verilib. Sonrakı nəsillərin torpağa ehtiyacı olmayacaqmı? Şəhər ərazisində 19 yaşdan 29 yaşa qədər 2500 nəfər gənc yaşayır. Çoxunun da torpağı yoxdur. Torpaqlardan ağılla, düşüncə ilə, daha səmərəli üsullarla istifadə edilməlidir.
Aranızda yardım istəyənlər də vardır. Biz başqa yola üstünlük veririk. İş yeri, istehsal sahələri açırıq. Geniş miqyasda tikinti-quruculuq işləri aparılır. İşləmək istəyən isə azdır. Bu yaxınlarda əmək yarmarkasına 400 iş yeri çıxarmışdıq. Cəmi 178 nəfər işləmək istədiyini bildirdi. Hər şeyin yaxşı olmağını, küçələrin abadlaşdırılmasını, elektrik xətlərinin yeniləşməsini, suyunuzun, qazınızın gəlməsini istəyirsiniz. Bu istəklərə çatmaq üçün gözləmə mövqeyindən əl çəkib, işləmək mövqeyinə gəlmək lazımdır. Dövlətimiz işləyənə həmişə dəstək olacaq, imtiyazlar verəcək.
Keyvəndi kəndi ərazisində müasir heyvandarlıq kompleksi tikirik. İstərdim ki, aranızda olan iş adamları belə layihələrlə müraciət etsin. Kredit almaqda isə heç bir məhdudiyyət yoxdur.
Hər yerdə olduğu kimi, burada da çox məsələlər qaldırıldı, təkliflər irəli sürüldü.
Ağsaqqal Şamil Mürsəliyev çıxış edərək başlanan geniş miqyaslı tikinti-quruculuq işlərində, yeni-yeni layihələrin icrasında hamının fəal iştirakını lazım bildi.
Həsən Həsənov,
Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Şərh Yaz