Biznes tədrisinin başlanğıcı

66 nəfər maraqlı insanın iştirakı ilə 3 aprel 2013-cü il tarixində Peşə Tədris mərkəzində “Azərbaycan Respublikası regionlarında sahibkarların maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov və Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov giriş sözü demişlər.
A.Fərruxov “Azərbaycan Respublikası regionlarında biznes tədrisinin inkişaf istiqamətləri” mövzusunda məruzə etmişdir. “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir”, “Biznes planlarının hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar olmuşdur.
Məruzələr ətrafında maraqlı müzakirələr olmuş, suallar cavablandırılmışdır. Bu tədbiri rayonumuz üçün biznes tədrisinin başlanğıcı hesab etmək olar. Ardıcıl olaraq biznes tədrisi davam edəcək, biznes layihələr hazırlanacaq və müasir iqtisadi idarəetməyə uyğun reallaşacaq. Nəticə olaraq rayon sakinlərinin sosial həyatı zənginləşəcək, hər kəs işləyərək yaşayacaq.
Paşa Məmmədov

Şərh Yaz