Yaşıllıqlar artırılır

Yaşıllıqlar artırılırİsmayıllı rayonunda bu həftə də ağacəkmə kompaniyası davam etdirilib. Aksiya zamanı 1000 ədəd ting əkilib.
Rayon ziyalıları, yerli təşkilatların nümayəndələri və şəhər sakinləri təşəbbüsə qoşularaq ağacəkmə kompaniyasında həvəslə iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün Bakı-İsmayıllı magistral yolunun kənarlarında, xüsusi təyin olunan sahədə ağcaqayın ağacının tingləri əkilib. Milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olan rayon gəncləri aksiyaya böyük həvəslə dəstək veriblər. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb. Eyni zamanda, tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Sutkalıq növbətçilik təşkil olunub. Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərindən istifadə olunub. Son məlumata görə, rayonda artıq 5000 ədəd müxtəlif ağac tingi əkilib.
Yaşıllıqların artırılması istiqamətində keçirilən aksiya davam etdiriləcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz