Yaddas kitabcasi

Maarifləndirmə tədbiri

Maarifləndirmə tədbiriFHN Şimal-Qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonu Topçu kənd tam orta məktəbində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi baş verə biləcək hər hansı bir təbii fəlakət və texnogen qəzalar baş verdikdə nə etməli olduğunu müəllim və şagirdlər arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.
Maarifləndirmə tədbiriTədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəzail Şirəliyev son dövrlərdə dünyada təbii fəlakətlərin, texnogen qəzaların artdığını və bəşəriyyət üçün nə qədər böyük fəlakətlər törətdiyini söyləyərək ölkəmizidə də təbii fəlakət və texnogen qəzaların hər an baş verə biləcəyini və bu hallar zamanı hər bir insanın davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini bildirmiş, həmçinin Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən bu səpgidə keçirilən maarifləndirmə tədbirlərinin məktəblərdə keçirilməsini yüksək qiymətləndirmişdir. Sonra Mərkəzin əməkdaşları tərəfindən dinləyicilərə Fövqəladə Hallar Nazirliyi, Şimal-Qərb Regional Mərkəzi haqqında, baş verə biləcək hadisələrin qarşısının alınmasında, hadisələr zamanı davranış qaydalarına düzgün əməl edilməsində təbliğatın rolu haqqında, ərazi üçün xarakterik olan təbii fəlakətlər haqqında, mülki müdafiə haqqında, zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli, yanğınlar, partlayışlar, zəhərlənmə təhlükəsindən mühafizə olunmaq haqqında, təhsil müəssisələrindəki emalatxanalarda təhlükəsizlik tədbirləri haqqında, “112” zəng xidməti haqqında geniş məlumatlar vermişlər. Daha sonra “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsi haqqında çıxışlar edilərək müsabiqənin məqsədinin uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltməkdən ibarət olduğundan danışılmışdır. Qeyd olunmuşdur ki, gənc nəslin fövqəladə halların bütün istiqamətlərindən xəbərdar edilməsi və onların vətənpərvər ruhda yetişməsi üçün hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər arasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi, həmçinin də “Gənc xilasedici və yanğınsöndürən” yarışları yetişməkdə olan gənc nəsil üçün çox geniş imkanlar yaradır. Çıxışlardan sonra Fövqəladə Hallar Nazirıiyinin fəaliyyət istiqamətləri, onun struktur qurumları haqqında sənədli film nümayiş etdirilmişdir. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən nəşr edilən “Fəlakət riskini azaltmağı öyrənirik!” adlı yaddaş jurnalları paylanmışdır. Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
FHN Şimal-Qərb Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektoru

Şərh Yaz