Qarşılıqlı əməkdaşlıq

Qarşılıqlı əməkdaşlıq
Cənab Saki Kosuqi Azərbaycan, eləcə də İsmayıllın haqqında səmimi fikirlərini Yaponiyada 10 milyon tirajla çıxan “Yomiuri” qəzetində dərc etdiyini fəxrlə qeyd edib.
Mart ayının 30-da Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Şusuke Vatanabenin rəhbərliyi ilə İsmayıllı şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulması nəzərdə tutulan Yaponiyanın Şizioka prefekturasının İto şəhərindən nümayəndə heyəti İsmayıllı rayonuna gəlib.
Qarşılıqlı əməkdaşlıqNümayəndə heyətinin tərkibində “Kosuqi Zohen Co” MM Şirkətinin Prezidenti cənab Saki Kosuqi və səfirin həyat yoldaşı Atsuka Vatanabe də olub.
Qonaqlar Heydər Əliyev Mərkəzində olublar. Onlar Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən dərnəklərin işi ilə maraqlanıb, dərnək üzvlərinin yüksək zövqlə hazırladıqları əl işlərinə baxış keçiriblər.
RİH başçısı Mirdaməd Sadıqov qonaqları İsmayıllı torpağında salamlayıb, son bir ay yarımda rayon mərkəzinin yenidən qurulmasına bir sıra əsaslı işlərə start verilməsindən danışıb.
Söhbət əsnasında cənab Saki Kosuqi İsmayıllını, onun təbiətini və insanlarını ürəkdən sevdiyini bildirib və bu səbəbdən yalnız burada “Yapon bağı” salmağa üstünlük verib.
Başçı Azərbaycana və İsmayıllıya olan istək və bağlılıqlarına görə qonaqlara minnətdarlıq edib. Daha sonra rayonda sosial-iqtisadi inkişafın istiqamətləri və perspektivləri barədə geniş məlumat verən başçı İsmayıllı ilə İto şəhərləri arasında dostluq əlaqələrinə görə çox şad olduğunu və bu əlaqələrin genişləndiriləcəyini bildirib.
Təbiəti zənginləşdirmək, turizm sahəsində qarşılıqlı əməkdaşlıq da söhbətin mövzusu olub. Qonaqlar İto şəhərinin 70 min əhalisi olduğunu bildirib və hər il şəhərə 30 min turistin təşrif buyurduğunu açıqlayıblar.
Cənab Saki Kosuqi Azərbaycan, eləcə də İsmayıllın haqqında səmimi fikirlərini Yaponiyada 10 milyon tirajla çıxan “Yomiuri” qəzetində dərc etdiyini fəxrlə qeyd edib.
Qarşılıqlı əməkdaşlıqSəfir S.Vatanabe M.Sadıqovu Yaponiyaya, İto şəhəri ilə yaxından tanışlığa dəvət edib. Dəvətə görə təşəkkür edən başçı həmin günün uzaqda olmadığına ümidvar olduğunu söyləyib.
Söhbət zamanı dostluğun İto və İsmayıllı məktəbliləri arasında qurulmasına da xüsusi dəyər verilib. Məktəblilər arasında telekörpü yaradılması fikrinə də tərəflər razılıq bildiriblər.
Sonda M. Sadıqov buta təsviri olan tablonu cənab S.Kosuqiyə hədiyyə edib.
Görüşdən razılıq edən qonaqlar İsmayıllının gözəlliklərindən, onun qədim tarixindən, xüsusilə də bu günündən xoş ovqata və maraqlı təəssüratlara sahib olduqlarını söyləyiblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz