90 yubiley ağacı

90 yubiley ağacıXalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilir. 24 mart 2013-cü il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzinin həyətində ağaclarin əkilməsi belə dəyərli tədbirlərdən biri oldu.
90 yubiley ağacıAğacların əkilməsi üçün əvvəlcədən quyular qazılmış, münbit meşə torpağı gətirilmiş və aqrotexniki qaydalara tam uyğun olaraq 90 ədəd şam və cökə ağacı əkilmişdir.
Ulu öndərin adı ilə bağlı İsmayıllıda bir çox yerlər vardır. Ağac əkilən bu məkan da elə abadlaşdırılacaq, elə gözəlləşəcək ki, həmişə onun şərəfli adını xatırladacaqdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz