Dövlətçiliyimizin etibarlı mühafizəçiləri

Dövlətçiliyimizin etibarlı mühafizəçiləriMart ayının 28-də Milli Təhlükəsizlik Nazirliyinin İsmayıllı rayon şöbəsi təhlükəsizlik orqanları yaradılmasının 94 illiyini qeyd edilib. Təhlükəsizlik əməkdaşları xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, onun abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Daha sonra nümayəndələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərini, onun xalqa, vətənə bağlı şərəfli və zəngin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən eksponatlara baxıblar. Mərkəzin konfrans zalında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının birinci müavini Rafael Əhmədov müstəqil respublikamızın mühüm dövlət strukturuna çevrilən milli təhlükəsizlik orqanlarının çətin və şərəfli inkişaf yolu keçdiyini bildirib.
Toplantıda Milli Təhlükəsizlik Nazirliyi İsmayıllı rayon şöbəsinin rəisi Kamal Axundov dövlətçiliyimizin etibarlı mühafizəsində, ona qarşı daxili və xarici təhdidlərin qarşısının alınmasında, təxribat halları və terrorçuluqla mübarizədə təhlükəsizlik orqanlarının oynadığı mühüm roldan danışıb. Ümummilli lider Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərliyi dövründə bu qurumun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Natiq bildirib ki, nazirliyin əməkdaşları demokratik və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edir, cinayətkar dəstələrin, terrorçuların zərərsizləşdirilməsi işinin öhdəsindən layiqincə gəlirlər.
Sonda yerli şöbənin əməkdaşlarına mükafatlar təqdim edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz