İngilis dili gecəsi keçirildi

Bu yaxınlarda məktəbimizdə ingilis dili fənni üzrə açıq dərs keçirildi. İngilis dili müəllimi Şərafət Bayramovun rəhbərliyi ilə V sinif şagirdlərinin ərsəyə gətirdikləri bu dərsə müəllimlər də dəvətli idi. Qonaqları salamlayan şagirdlər bir musiqili video lenti izlədilər və dərsin hava haqqında olduğunu müəyyənləşdirdilər.
Sinfin şagirdləri 3 qrupa bölündülər. “İnter” qrupunu İfadə, Əli, Çinarə və Güldənə, “Aktive” qrupunu Leyla, Samir, Gülanə və Səxavət, “Lesson” qrupunu isə Qərib, Xəyalə, Vüsal, Aygün və Toğrul təmsil edirdi.
Şagirdlər havanın necə olması ilə bağlı şəkillərə baxdılar, gördüklərinə aid işləri yerinə yetirdilər, verilən sualları cavablandırdılar, aylara və fəsillərə aid mahnı oxudular.
Müəllim ayrı-ayrılıqda qruplara tapşırıqlar verdi. Tapşırıqlar yerinə yetirildi, şagirdlər yeni sözlərlə tanış oldular. Dərsin gedişi zamanı şagirdlər rəsmləri rənglədilər. Qiymətləndirmədə “İnter”lə “Lesson” “5”, “Aktive” qrupu isə “4” qiymət aldı
İfadə Hüseynova,
Cülyan tam orta məktəbinin şagirdi

Şərh Yaz