Yaddas kitabcasi

İsmayıllılar İsmayıllıda

İsmayıllılar İsmayıllıda
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovla bir görüşün xoş təəssüratları
Maşınımız sıx meşəlikləri, ovuc-ovuc dumanlı dərələri, boz təpələri arxada qoyub irəlilədikcə biz – Şirvan Apelyasiya Məhkəməsinin hakimi Amil Dosiyevlə mən İsmayıllının gözəl təbiətindən, atlas meşələrindən, diş göynədən bulaqlarından, axar-baxarlı bağlarından danışırıq. Bəlkə də dünyanın nümunəvi dövlətləri ilə müqayisə oluna biləcək bu məkan haqqında böyüklərdən eşitdiklərimizi beynimizin dərin qatlarından eşələyib çıxarır, turistlərin qəlbini oxşaya biləcək füsunkar bölgənin tanınmış simalarını, nurlu ziyalılarını, qurub-yaratmaq əzmli insanlarını, sərvətlərini, bir sözlə, İsmayıllının özünü bir daha yada salır, dönə-dönə xatırlayırıq. Yol yoldaşım kövrək təəssüratlarla uşaqlıq, yeniyetməlik dövrlərində İsmayıllıda dincəldiyindən, doğulub boya başa çatdığı Cülyanın təkrarsız gözəlliyindən danışır.İsmayıllılar İsmayıllıda
Beləcə, günortaya yaxın İsmayıllıya çatırıq. Artıq hava əsl yazın gəlişindən xəbər verir. Mərkəzi parkda İsmayıllı rayonuna təyin edilmiş yeni icra başçısı Mirdaməd Sadıqovla Bakıda yaşayan ziyalılar, iş adamları, müxtəlif sahələrdə çalışan ismayıllılarla görüşü nəzərdə tutulub. Bəli, tədbir baş tutur. Az keçmir, ağzınacan dolu böyük iclas zalına İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov, İsmayıllı rayonundan deputat seçilmiş Novruzəli Aslanov, Ərəstun Cavadov, eləcə də, rayonun icra, hüquq-mühafizə orqanlarının nümayəndələri daxil olurlar. Zaldakıların səbirsizliklə, böyük ümidlərlə gözlədiyi görüşü Ailə və Uşaqlara Dəsrək Mərkəzinin direktoru Lətifə Əliyeva açıb qonaqları salamlayır, onları qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir. Sonra ekranda İsmayıllının problemlərini əks etdirən süjetlər, fotoittihamlar canlandırılır, bu günü haqqında videolar göstərilərək qonaqlarda zəngin təəssüratlar yaradılır.
İsmayıllılar İsmayıllıdaBu video kadrlardan təsirlənən rayonun ağsaqqalı İsmayıllılar İsmayıllıdaFərman Bəşirov söz alaraq rayon rəhbərliyi ilə təşkil edilmiş bu görüşə görə təşkilatçılara dərin təşəkkürünü bildirir, qədim Oğuz yurdunun zəhmətkeş, əməyə bağlı insanlarının fədakarlıqlarından, bu məkanda ziyalıya, ağsaqqala olan hörmətdən danışır. Nümayiş olunan kadrlara da öz münasibətini bildirir.
Lətifə xanım bugünkü tədbirin hazır ssenari üzrə yox, tam sərbəst, demokratik və şəffaflıq şəraitində keçirildiyini nəzərə çatdırır. Odur ki, ilk sözü rayonun ağsaqqalı, mübariz təbiət şairi Musa Yaqub alaraq ismayıllıların həmişə əzmkarlıqlarından, qurub-yaratmaq həvəslərindən danışır, dövlətə, dövlətçiliyə sədaqətlərindən, ölkə rəhbərinin bütün sahələrdə apardığı uğurlu siyasəti dəstəklədiklərini bildirir. Mirdaməd Sadıqovun da rayona təyinatını uğurlu addım hesab etdiyini, həm də ismayıllıların sevinclə qarşıladıqlarını qeyd edir. İnanır ki, Mirdaməd müəllim həm prezident İlham Əliyevin etimadını doğruldacaq, həm də öz səmərəli fəaliyyəti ilə ismayıllıların rəğbətini qazanacaq. İsmayıllılar İsmayıllıda
Deputatlar Ə.Cavadov, İsmayıllılar İsmayıllıdaN.Aslanov çıxışlarında bildirirlər ki, hər zaman İcra Hakimiyyətinin başçısının yanında olacaqlar. Öz seçicilərinə arxalanan hər iki deputat ismayıllıların sosial-mənəvi tələblərinin yerinə yetirilməsi üçün onlara əllərindən gələn köməklikləri etdiklərini bildirirlər. Məlum video kadrlarda göstərilmiş neqativ halları müşahidə edən millət vəkilləri bu səhnələri acı təəssüf hissi ilə qarşıladıqlarını dilə gətirirlər. Novruzəli Aslanov əhatəli və məzmunlu çıxışında rəhbərlik etdiyi Qızıl Ayparaçıların builki Prezident seçkilərində möhtərəm İlham Əliyevin namizədliyini dəstəklədiklərini qeyd edir. Ümid edir ki, ismayıllılar da dövlətçiliyimizin təminatçısı cənab İlham Əliyevin prezident seçkilərində namizədliyini yekdilliklə dəstəkləyəcəklər.
Bakıda yaşayan ziyalılar – Rüstəm Məmmədov, iqtisad elmləri doktoru Rəsul Balayev, tarixçi, Beynəlxalq Xəzər Dəniz Gəmiçiliyi Həmkarlar Komitəsinin sədri Şahin Orucov, rayon ziyalısı Vaqif Rəhimov göstərilən ürəkağrıdıcı kadrlara münasibət bildirir, rayonun sosial tərəqqisi naminə təkliflərini verir, quruculuq işlərində rayon rəhbərliyinə hər zaman dəstək olacaqlarını vurğulayırlar.
İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov görüş üçün təklif alıb gələn bütün ismayıllılara, ziyalılara, iş adamlarına təşəkkür edir. Özünün təyinatını yüksək qiymətləndirən, ölkə başçısı ilə görüşündə onun qarşıcında qoyulmuş məsul, mühüm vəzifələrdən danışan Mirdaməd müəllim ismayıllılara, Bakıda yaşayan ziyalılara güvəndiyini inamla bildirir. Ona görə də onları buraya dəvət etdiyini, rayonun çiçəklənməsi üçün nə kimi təkliflərlə çıxış edə biləcəklərini qeyd edir. Rayonda ayrı-ayrı sahələrdə və ərazilərdə, gənclərlə, ağsaqqallarla görüşlərdə müzakirəyə çıxarılan məsələləri fəaliyyət tezisi kimi qəbul edən RİH başçısı yazın ilıq günlərinə təsadüf etmiş bu görüşün aktuallığını, əhəmiyyətini də söyləyir:
İsmayıllılar İsmayıllıda– Bu görüşlər RİH başçısı kimi, mənə rayon əhalisi ilə sıx ünsiyyətdə olmaq, rəy və təcrübə mübadiləsi aparmaq imkanı verdi. Doğrudan da tarixdə bəzən ən mühüm hadisələr elə sürətlə baş verir ki, onların əhəmiyyətli məqamları müəyyən vaxt keçəndən sonra hiss olunur. Bizim buradakı səmimi və işgüzar görüşümüz də beləcə orijinallığı ilə tarixə düşür. Bugünkü görüş Bakıda yaşayan ziyalılarımızın, iş adamlarının, eləcə də onlarla zalda oturmuş yerli insanların da qarşısında böyük, məsul vəzifələr qoyur. İnanıram ki, bu görüşdən sonra həyatımızın hər sahəsində, rayonun qurulması istiqamətində ismayıllılarda əvvəlkindən daha çox fəallıq, daha artıq təşəbbüskarlıq hiss olunacaq. Bir təəssübkeş icra başçısı kimi, hər bir ismayıllılıya qayğıkeşliklə, həssaslıqla yanaşacaq, onları, elə özümü də narahat edən məsələləri yoluna qoymağa çalışacağam.
Səmimi və işgüzarlıqla müşayiət olunan daha bir görüş başa çatır. Zaldakı insanlar – hamı bir nəfər kimi uzun müddət bu görüşü böyük ümidlərlə, xoş təəssüratlarla xatırlayacaqlarını bildirirlər.
Sonda İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov qonaqları “Gülüstan” şadlıq evində təşkil edilmiş ziyafətə dəvət edir.

***Ziyafətdən sonra qonaqlar yenidən görüşmək arzusu ilə ayrılırlar. Yolboyu yenidən bu yerlərin gözəllikləri, qonaqpərvər, zəhmətkeş adamları haqqında düşünürük. Axşamtərəfidir. Yenə yaz dumanı dərələrdə sürünür…
Daşdəmir Əjdəroğlu,
jurnalist

Şərh Yaz