Əmək yarmarkası keçirildi

Əmək yarmarkası keçirildi
Martın 17-də rayon mədəniyyət evində əmək yarmarkası keçirildi. Bu məqsədlə mədəniyyət evində müəyyən hazırlıq işləri görülmüşdür. Foyedə iş təklif edən təşkilatların adları yazılmış stollar qoyulmuşdu. Buradakı iri lövhəyə tələb olunan ixtisaslar haqqında məlumatlar vur ulmuşdu. Həmin gün 44 idarə və müəssisədən 415 vakant iş yeri təklif olunmuşdu.
Əmək yarmarkası keçirildiMədəniyyət evinin qarşısında xeyli adam toplaşmışdı. Burada təşkilatlara hansı ixtisaslar üzrə mütəxəssislər lazım olduğunu bildirən siyahı oxundu. Hərə özünə lazım olan işə qəbul üçün müvafiq təşkilatın stoluna yaxınlaşdı və sənədləşmə aparıldı. Onu da qeyd edək ki, iş üçün müraciət edənlərin böyük əksəriyyəti gənclər idi. Onların arasında qızlar və evdar qadınlar da vardı.
Yarmarkanın nəticələri barədə növbəti sayımızda geniş məlumat verəcəyik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz