Çempion İsmayıllıda müəyyənləşəcək

Çempion İsmayıllıda müəyyənləşəcəkİdman Məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan basketbol üzrə oğlanlar arasında final yarışları İsmayıllı Olimpiya-İdman Kompleksinin əsas zalında keçirilir. Mart ayının 8-dən 13-dək keçiriləcək yarışlarda 11 idman məktəbinin yetirmələri birincilik uğrunda mübarizə aparır. Qaliblər Bakı şəhəri, şəhərin Səbail, Xətai, Yasamal, Sabunçu rayon, Təhsil İdman Məktəbinin təmsilçiləri, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki şəhərlərinin və Cəlilabad rayonunun komandaları arasından müəyyən olunacaqdır.
Mart ayın 10-a keçirilən oyunda III yer uğrunda mübarizə Xətai və Sabunçu komandaları arasında getmişdir (Fotolar həmin oyundandır).Çempion İsmayıllıda müəyyənləşəcək
İdman Məktəblərinin VI Respublika Oyunlarının basketbol üzrə qalibini Səbail və Təhsil İdman Məktəbinin komandaları arasında gedən oyun müəyyən edəcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz