Tam əminik

Martın 5-də bədən tərbiyəsi və idman gününə həsr edilmiş zona birinciliyində cüdo komandaları arasında Qəbələ, Göyçay, Ağsu, Ucar, Zərdab və Ağdaş rayonlarından olan rəqiblərinə qalib gələn komandamız daha güclü olduğunu nümayiş etdirərək birinci yeri tutmuşdur.
Qələbə sevinci yaşayan komandamızın 4 perspektivli üzvü mart ayının 12-19-da qardaş Türkiyə Respublikasının Antaliya şəhərində keçiriləcək Dünya kuboku uğrunda yarışlarında ölkəmizi təmsil edəcəklər.
Tam əminikTam əminikMartın 5-də bədən tərbiyəsi və idman gününə həsr edilmiş zona birinciliyində cüdo komandaları arasında Qəbələ, Göyçay, Ağsu, Ucar, Zərdab və Ağdaş rayonlarından olan rəqiblərinə qalib gələn komandamız daha güclü olduğunu nümayiş etdirərək birinci yeri tutmuşdur.
Qələbə sevinci yaşayan komandamızın 4 perspektivli üzvü mart ayının 12-19-da qardaş Türkiyə Respublikasının Antaliya şəhərində keçiriləcək Dünya kuboku uğrunda yarışlarında ölkəmizi təmsil edəcəklər.
İdmançılarımız bu mötəbər yarışda iştirak etməsinə layiqli dəstək İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov və Azərbaycan Cüdo Federasiyasından olmuşdur. RİH başçısı digər sahələrlə yanaşı idmana və idmançılara da yüksək səviyyədə diqqət və qayğı göstərir. İdmançılarımız bu münasibətə qalibiyyətlə cavab verəcəklərini söyləyiblər.
Mirdaməd müəllimin gənclərlə görüşündən sonra, az bir vaxtda Hacıhətəmli və İvanovka kəndlərində idmanın cüdo növü üzrə qruplar açılmışdır. Lahıc qəsəbəsində və Qalacıq kəndində də yeni qrupların yaradılması gözlənilir.
Ölkə və rayon rəhbərliyi tərəfindən idmana göstərilən diqqətin müqabilində çalışdığımız İsmayıllı Olimpiya-İdman Kompleksində yeni-yeni olimpiya, dünya və Avropa çempionlarının yetişəcəyinə tam əminik.
Əkbər Şəfaqətov,
məşqçi

Şərh Yaz