Təhlükəsiz həyat fəaliyyətini öyrənirik

1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür
N.Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə 1 mart Ümumdünya mülki müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şamaxı Mülki Müdafiə Regional Mərkəzin kurs rəisinin köməkçisi Zakir Yaqubov və İsmayıllı rayon İcra Hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi Anar Rəsulov iştirak edirdilər. Anar Rəsulov tədbir iştirakçılarına İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun salamlarını çatdırdı və tədbir iştirakçılarına uğurlar arzuladı.
Qeyri-əlverişsiz hava şəraitini nəzərə alaraq tədbir İsmayıllı şəhər 6 saylı tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq kabinetində keçirildi. Tədbiri İsmayıllı şəhər 6 saylı tam orta məktəbin Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri Əsgər müəllim Manafov açdı. O çıxışında mülki müdafiənin məqsədləri, prinsipləri, əsas vəzifələri və bu sahədə vətəndaşların vəzifələri barədə məlumat verdi.
Tədbirdə məktəbin şagirdləri İsmayıl Faxtiyev, Qismət Qəfərli, Samir Məmmədli, İlahə Daşdıyeva, Kövsər Adıgözəlova, Rəşad Abdullayev, Rəsul Sədizadə, Ruslan Mirzəxanov, Aysel Süleymanova fərdi mühafizə vasitələrindən istifadə, ilk tibbi yardımın göstərilmə qaydalarını həm nəzəri həm də əməli nümayiş etdirdilər. Tədbirdə İKT-dən istifadə edərək 1 mart Ümumdünya mülki müdafiə gününə həsr olunmuş təqdimata və müxtəlif dinc və hərb mənşəli fövqəladə hallara aid təqdimata və video görüntülərə baxıldı. Tədbir çox maraqlı və öyrədici keçirilməsi qeyd edildi.
Xatırladaq ki, 2012-ci ildə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin “Gənc xilasedici və yanğınsöndürən “ komandası zona yarışında II yerə respublika üzrə III yerə çıxmışdır. Sonda Zakir Yaqubov çıxış edərək tədbirini yüksək təşkil olmasını qeyd edərək, məsləhət və tövsiyələrini verdi.
Əsgər Manafov,
N.Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin GÇH müəllimi

Şərh Yaz