İnşa yazı müsabiqəsi

İnşa yazı  müsabiqəsiAzərbaycan xalqının ümummilli lideri H.Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair, rayon təhsil şöbəsinin planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqələri keçirilmişdir. Müsabiqənin məktəb mərhələsində qalib adını qazanmış şagirdlər mart ayının 7-də H.Əliyev mərkəzində bir araya gəldilər.
Müsabiqənin rayon mərhələsində rayonun 47 tam orta və ümumi orta məktəbindən 52 nəfər şagird iştirak etmişdir. Müsabiqə qalibləri RTŞ-nin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz