Yaddas kitabcasi

Mehriban mühit, işgüzar söhbət

Mehriban mühit, işgüzar söhbət
Hesabat yığıncağından qeydlər
Fevralın 20-də Heydər Əliyev adına parkda yerləşmiş Gənclər Mərkəzinin iclas zalında “İsmayıllı rayonu üzrə 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat yığıncağı keçirildi. Hesabata başlamazdan öncə Mərkəzin foyesində rayonun emal müəssisələrinin, ayrı-ayrı sahibkarların istehsal etdikləri şərablar, şirələr, sular və müxtəlif kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirildi. Burada Lahıc misgərlərinin məmulatları, Basqal kəlağayıları, ayaqqabılar, xalçalar, şirniyyatlar, ayrı-ayrı sahibkarların istehsal etdikləri müxtəlif məhsullar nümayiş etdirilirdi. Mehriban mühit, işgüzar söhbətİsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, həmçinin, həmişə öz seçicilərinin yanında olan millət vəkili Novruzəli Aslanov sərgi ilə yaxından tanış oldular. Başçı sahibkarlarla görüşəcəyini, onlara daha məhsuldar işləmələri üçün hər cür köməklik göstəriləcəyini bildirdi.
Mehriban mühit, işgüzar söhbətYığıncağı giriş sözü ilə İsmayıllı RİH başçısı vəzifəsinə yenicə təyin olunmuş iqtisad elmləri doktoru Mirdaməd Sadıqov açdı. O, öncə çox qısa şəkildə özü, təyinatla bağlı məsuliyyəti, rayonun sosial, ictimai-siyasi durumu haqqında danışdı, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi işində hər bir vətəndaşın, İsmayıllı sakininin məsuliyyət hissindən söz açdı. Mehriban mühit, işgüzar söhbət
“İsmayıllı rayonu üzrə 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr” haqqında hesabatı İsmayıllı RİH başçısının birinci müavini Rəfael Əhmədov səsləndirdi. Məruzə ekranda slaydlarla müşayiət olundu.
Hesabat məruzəsindən sonra ilk çıxışçı İsmayıllı rayon prokuroru Rahib Seyidov oldu. Baş ədliyyə müşaviri rayondakı kriminogen vəziyyət haqqında ətraflı məlumat verdi və rayonda baş verən son hadisələr haqqında qanunun tələblərindən irəli gələn fikirlərini açıqladı.
Yeri gəlmişkən, qeyd edək ki, bu yığıncaq orijinallığı ilə fərqləndi. Orijinallıq nədə idi? Adətən, görmüşdük ki, çıxış edənlər bir parça kağızla tribunaya qalxır, hazır mətni oxuyub qayıdıb yerində əyləşərdi. Yenilik bu idi ki, çoxları tribunaya gəlmədən, oturduğu yerdən qalxmaqla, mikrofon vasitəsilə sözünü düşündüyü kimi, sərbəst şəkildə deyə bilirdi.
Belədə, zalda çox işgüzar bir mühit yaranmışdı. Yığıncaq iştirakçıları sırasından iclasın elan olunmuş vaxtdan saat yarım gec başlandığını dilə gətirən də oldu. Əslində, zaldakıların narazılığı iclasın gec başlamasından yox, dəvətin saat yarım əvvələ elan olunması üzündən idi.
İclasın getdiyi vaxtda RİH-də “Qaynar xətt” yaradıldı. Belə bir xidmətin təşkili hamının ürəyincə oldu.
Sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyi İsmayıllı rayon şöbəsinin müdiri Vaqif Hüseynov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Qaz İstismar Sahəsinin rəisi Eldar Səlimzadə, rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Əlağa Bədəlov, Lahıc qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, RİH-nin İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina, İsmayıllı şəhər sakini Cümşüd Hacıyev və başqaları çıxış edərək, rayonun sosial-iqtisadi durumu, yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı rəy və təkliflərini bildirdilər.
Mehriban mühit, işgüzar söhbətMillət vəkili Novruzəli Aslanov və Prezident aparatının məsul işçisi Niyaz Əliyev Mehriban mühit, işgüzar söhbətçıxışlarında əsas diqqəti qarşıda duran aktual vəzifələrin həyata keçirilməsinə həsr etdilər.
Yığıncaqda RİH başçısı M.Sadıqov yekun nitqi söylədi. Onun bu nitqini gələcək fəaliyyətinin proqramı kimi də qəbul etmək olar.
Mehriban mühit, işgüzar söhbətSonda ictimai nəzarət məqsədilə rayonun əksər yaşayış məntəqələri nəzərə alınmaqla ağsaqqallar şurası yaradıldı.
Yığıncaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdi.
İclasda müvafiq qərarlar qəbul olundu.
Tədbirdən dağılanlar yığıncağın bu formada keçməsindən çox məmnun qaldıqlarını dilə gətirirdilər. Bu, bir növ rayonumuz üçün yenilik idi. Zaldakı mehriban mühit bir ailənin işgüzar söhbətinə bənzəyirdi.
Bəybala Babayev

Şərh Yaz