Yaddas kitabcasi

Məzunlarımızın uğurları

Məzunlarımızın uğurları
Ali məktəblərə tələbə qəbulu – 2012

Xalqımızın ümummilli lideri Heydər Əliyev böyük uzaqgörənliklə demişdir: “Təhsil millətin gələcəyidir”. Tarix sübut etmişdir ki, təhsildə inkişaf olmadan millətin və dövlətin tərəqqisi mümkün deyildir.
Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənc nəslin hərtərəfli inkişafını daim diqqətdə saxlamaqla təhsilə aid mühüm əhəmiyyətə malik fərmanlar və sərəncamlar imzalamış, təhsilimizin inkişafı və dünya təhsilinə inteqrasiya olunması üçün əsaslar yaratmışdır. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” ümumtəhsil məktəblərində xüsusi istedadlı uşaqların seçilməsi və inkişaf etdirilməsini ön plana çəkmişdir.
Bu sahədə rayonumuzda mühüm işlər görülmüş, uğurlu nəticələr qazanılmışdır. Ali məktəblərə tələbə qəbulunda məzunlarımızın qazandığı nəticələr də belə uğurlardandır.
2012-ci ildə rayon ümumtəhsil məktəblərini 760 nəfər bitirərək attestat almışdır. Onlardan 466 nəfəri ali məktəblərə ərizə vermişdir. 2012-ci ildə ümumilikdə rayon abituriyentlərindən 270 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ali məktəblərə qəbul olmuşlar. İmtahanlarda daha yüksək bilik nümayiş etdirmiş 11 nəfər 600-dən yuxarı, 44 nəfər isə 500-600 arasında bal toplamışdır. Lahıc qəsəbə tam orta məktəbin məzunu Əliqulu Əlili qəbul imtahanlarında qazandığı yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüşdür.
Aşağıda bir sıra müqayisəli rəqəmləri diqqətinizə çatdırırıq:
Şəhər 5 nömrəli tam orta məktəbin 3 nəfər, şəhər 6 nömrəli tam orta məktəbin 3 nəfər, şəhər 1 nömrəli tam orta məktəbin 2 nəfər, Lahıc qəsəbə tam orta məktəbin 2 nəfər, şəhər 2 nömrəli tam orta məktəbin 1
nəfər məzunu 600-dən yuxarı bal toplamışdır. 500-600 arasında bal toplayanlar məktəblər üzrə aşağıdakı kimidir:
Şəhər 1 nömrəli tam orta məktəbi – 12;
Şəhər 5 nömrəli tam orta məktəbi – 6 ;
Şəhər 6 nömrəli tam orta məktəbi – 5 ;
Təzəkənd kənd tam orta məktəbi 5 ;
Şəhər 3 nömrəli tam orta məktəbi – 3 ;
Talıstan kənd tam orta məktəbi – 2 ;
Cülyan kənd tam orta məktəbi – 2 nəfər.

Şəhər 2, 4 nömrəli, Diyallı, Qoşakənd, Qalagah, Hacıhətəmli, Aşıqbayramlı, Topçu, Kəlbənd tam orta məktəblərinin hər birində 1 nəfər.
Qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanan məzunlarımızın 91 faizi dövlət, 9 faizi isə özəl ali təhsil müəssisələrinə qəbul olmuşlar. 49,5 faizi dövlət sifarişi üzrə təhsil alır. Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə rayonun nəticəsi respublika üzrə orta göstəricidən yuxarıdır. Riyaziyyat fənni üzrə rayonumuzun göstəricisi respublikada ən yüksəkdir. Rayon abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 241.171-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 10,4 faiz yuxarıdır. Rayonun 2012-ci il məzunları daha çox aşağıdakı ali təhsil müəssisələrinə daxil olmuşlar:
1. Bakı Dövlət Universiteti – 38;
2. Azərbaycan Müəllimlər İnstitutu – 24;
3. Azərbaycan Dövlət Pedaqoji Universiteti – 21;
4. Azərbaycan Dövlət İqtisad Universiteti – 21;
5. Azərbaycan Dillər Universiteti – 15 ;
6. Azərbaycan Texniki Universiteti – 9 ;
7. Azərbaycan Tibb Universiteti – 9;
8. Azərbaycan Dövlət Neft Akademiyası – 8;
9. Azərbaycan Memarlıq və İnşaat Universiteti – 6 ;
10. Bakı Slavyan Universiteti – 5;
11. Sumqayıt Dövlət Universiteti – 5;
12. Azərbaycan Dövlət Aqrar Universiteti – 4;
13. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 4;
14. Azərbaycan Dövlət Kooperasiya Universiteti – 4;
15. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 3;
16. Milli Aviasiya Akademiyası – 3;
17. “Qafqaz” Universiteti – 3 nəfər.

Respublikamızın daha 13 digər ali təhsil müəssisələrinə də məzunlarımız daxil olmuşlar.
Təhsil şöbələrinin imtahan fənləri üzrə göstəriciləri sırasında İsmayıllı rayon Təhsil Şöbəsi Respublikada 263.0571 balla IV-dür. Bu göstəricidə rayonumuz Bakı şəhərini 2.11 bal fərqi ilə qabaqlamışdır. Qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin nisbətinə görə rayonumuz 6.89 nisbətlə respublikada 2-ci olmuşdur. Qeyd edək ki, bu nisbət Bakı şəhərində nisbət 6.30, Sumqayıt şəhərində 6.06 Gəncə şəhərində 4.11 olmuşdur.
Rayon məktəblərinin fənlər üzrə nəticələri də maraq doğurur. Ayrı -ayrı fənlər üzrə yüksək nəticə qazanmış məktəblər aşağıdakı kimidir.
Ana dili fənni
Respublika üzrə orta göstərici – 47.24
Rayon üzrə orta göstərici – 51.30
Diyallı kənd tam orta məktəbi – 68.36
Lahıc qəsəbə tam orta məktəbi – 62.44
Şəhər 1 nömrəli tam orta məktəbi – 62.42
Sumağallı kənd tam orta məktəbi – 62.40
Təzəkənd kənd tam orta məktəbi – 62.40
Ədəbiyyat fənni
Respublika üzrə orta göstərici – 38.28
Rayon üzrə orta göstərici – 38.52
Şəhər 4 nömrəli tam orta məktəb – 68.00
Qoşakənd kənd tam orta məktəb – 60.00
Qubaxəlilli kənd tam orta məktəbi – 57.33
Sumağallı kənd tam orta məktəbi – 49.33
Riyaziyyat fənni
Respublika üzrə orta göstərici – 33.95
Rayon üzrə orta göstərici – 40.77
Aşıqbayramlı kənd tam orta göstərici – 72.00
Diyallı kənd tam orta məktəbi – 68.00
Təzəkənd kənd tam orta məktəbi – 66.86
Qalınçaq kənd tam orta məktəbi – 62.00
Fizika fənni
Respublika üzrə orta göstərici – 30.54
Rayon üzrə orta göstərici – 33.82
Diyallı kənd tam orta məktəbi – 70.67
Təzəkənd kənd tam orta məktəbi – 56.00
Qurbanəfəndi kənd tam orta məktəbi – 54.00
Talıstan kənd tam orta məktəbi – 50.86
Kimya fənni
Respublika üzrə orta göstərici – 32.98
Rayon üzrə orta göstərici – 33.82
Təzəkənd kənd tam orta məktəbi – 63.20
Diyallı kənd tam orta məktəbi – 62.67
Talıstan kənd tam orta məktəbi – 59.43
Yeniyol kənd tam orta məktəbi – 54.00
Biologiya fənni
Respublika üzrə orta göstərici – 41.00
Rayon üzrə orta göstərici – 42.33
Diyallı kənd tam orta məktəbi – 84.00
Cülyan kənd tam orta məktəbi – 68.00
Şəhər 1 nömrəli tam orta məktəbi – 64.00
Topçu kənd tam orta məktəbi – 60.00
Tarix fənni
Respublika üzrə orta göstərici 36.71
Rayon üzrə orta göstərici – 35.46
Şəhər 4 nömrəli tam orta – 92.00
Qoşakənd kənd tam orta məktəbi – 60.00
Talıstan kənd tam orta məktəbi – 50.86
Topçu kənd tam orta məktəbi – 50.00
Coğrafiya fənni
Respublika üzrə orta göstərici – 36.02
Rayon üzrə orta göstərici – 39.09
Aşıqbayramlı tam orta məktəbi – 84.00
Diyallı kənd tam orta məktəbi – 60.00
Təzəkənd kənd tam orta məktəbi – 60.00
Buynuz kənd tam orta məktəbi – 60.00
Qalagah kənd tam orta məktəbi – 60.00
Hər 4 ixtisas qrupunda rayonun göstəriciləri respublika üzrə orta göstəricidən yüksəkdir.
I ixtisas qrupunda
Respublika üzrə orta göstərici – 183.873
Rayon üzrə orta göstərici -222.230
II ixtisas qrupunda
Respublika üzrə orta göstərici – 248.953
Rayon üzrə orta göstərici -260.973
III ixtisas qrupunda
Respublika üzrə orta göstərici – 236.972
Rayon üzrə orta göstərici -243.404
IV ixtisas qrupunda
Respublika üzrə orta göstərici – 206.254
Rayon üzrə orta göstərici – 231.047
Bütün imtahan fənləri üzrə yüksək nəticə göstərmiş məktəblər (orta bal):
(Abituriyentlərin sayı 5 və daha çox olan məktəblər)
Diyallı kənd tam orta məktəbi – 392.273
Təzəkənd kənd tam orta məktəbi – 357.615
Şəhər 1 nömrəli tam orta məktəbi – 310.141
Talıstan kənd tam orta məktəbi – 296.412
Lahıc qəsəbə tam orta məktəbi – 285.222
Qoşakənd kənd tam orta məktəbi – 277.750
Şəhər 5 nömrəli tam orta məktəbi – 274.932
Sumağallı kənd tam orta məktəbi – 267.800
Buynuz kənd tam orta məktəbi – 249.800
Şəhər 4 nömrəli tam orta məktəbi – 248.000

Şəhər 1, 5 nömrəli, Diyallı, Təzəkənd və Buynuz kənd tam orta məktəblərinin bütün fənlər üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yüksək olmuşdur.
Ali məktəblərə qəbul imtahanlarında məzunlarımız orta məktəbdə aldıqları qiymətləri əsasən doğrultmuşlar. Orta məktəbi əla qiymətlərlə bitirmiş 52 nəfər məzunumuzdan 25 nəfəri qəbul imtahanlarında 500-700, 20 nəfəri 300-500 bal toplamışdır. Orta attestat balı “3” olan 7 nəfər məzunumuz ali məktəbə ərizə versələr də heç biri qəbul ola bilməmişlər.
Kəlbənd, Soltankənd, İstisu kənd tam orta məktəbləri (2012-ci il məzunlarının nəticələrinə görə) nəticəsi zəif olan məktəblər sırasındadır. Bunun əsas səbəbi bu məktəblərdə ixtisaslı fənn müəllimlərinin çatışmazlığı olsa da, həmin pedaqoji kollektivlərdə məsuliyyətin kifayət qədər olmamasıdır.
Ramiz Baloğlanov,
Əməkdar müəllim, İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Şərh Yaz