Tədbirlər istedadları aşkarlayır

Tədbirlər istedadları  aşkarlayırİsmayıllı rayonun Uştalqışlaq kənd tam orta məktəbində “Əlifba bayramı” keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi, bu sətirlərin müəllifi Firuzə Əhmədova açdı. Daha sonra şagirdlərin ifasında dövlət himni səsləndi.
Uşaqlar bu bayrama böyük həvəslə hazırlaşmışdılar. Onlar verilən ən kiçik tapşırığı belə böyük səylə həyata keçirməyə hazır idilər. Birincilər “Oxu” kitabından “Tıq-Tıq xanım” nağılını özlərinə məxsus şəkildə səhnələşdirmişdilər. Lamiyə Namazovanın ifasında rəqslər tədbirə rəngarənglik qatdı. Uşaqlar rəqəmlər, hərflər, meyvələr, vətən, ana, məktəb və sair mövzularda şeirlər səsləndirdilər.
Məktəbdəki birincilərin elm, bilik öyrənməsində sinif rəhbərləri Adilə müəllimənin böyük zəhməti vardır. O, bayram münasibəti ilə doğma şagirdlərini təbrik etdi. Belə təntənəli tədbirlərin keçirilməsində məktəbin direktoru Polad Novruzovun həmişə dəstəyini duymuşuq. Yeri gəlmişkən, kollektivə olan qayğısına görə ona minnətdarıq.
Tədbirin ərsəyə gəlməsində ibtidai sinif müəllimlərinə, məktəbin şagird kollektivinə, valideynlərdən Səidə və Günel xanıma dərin təşəkkürlərimizi bildiririk. Sonda qeyd edim ki, uşaqlarımızın gələcəyi üçün aldıqları təhsillə yanaşı keçirilən tədbirlərin də öz rolu vardır. Məktəbdə bu kimi tədbirlərin təşkili və keçirilməsi şagirdlərin istedadını aşkarlamaqda ən vacib şərtlərdən biridir.
Firuzə Əhmədova,
Uştalqışlaq kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz