2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları

“2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyətinin hesabatı
Məruzəçi RİH başçısının birinci müavini Rəfael Əhmədov

2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi, bütün dövlət və hökumət strukturları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən daxili və xarici, sosial və iqtisadi siyasət 2012-ci ildə öz yüksək nəticələrini vermişdir. İqtisadi və hərbi qüdrəti artan Azərbaycan regionda yenə də söz sahibidir, aparıcı dövlətdir, beynəlxalq miqyasda gedən proseslərdə təsir imkanlarına malikdir, müstəqil siyasət yeridir. Nəticələr isə dövlətimizin daha da möhkəmlənməsində, insanların rifahının yüksəlməsində, inkişaf etmiş dünya ölkələrinə sürətli inteqrasiyada, ölkədaxili sabitliyin davam etməsində, 2003-cü ildən başlanan regional inkişaf proqramlarının icrasında, qeyri-neft sektorunun daha da inkişafında, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqində və bir çox digər istiqamətlərdə özünü göstərir.2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları
“2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyətinin hesabatı
Məruzəçi RİH başçısının birinci müavini Rəfael Əhmədov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi, bütün dövlət və hökumət strukturları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən daxili və xarici, sosial və iqtisadi siyasət 2012-ci ildə öz yüksək nəticələrini vermişdir. İqtisadi və hərbi qüdrəti artan Azərbaycan regionda yenə də söz sahibidir, aparıcı dövlətdir, beynəlxalq miqyasda gedən proseslərdə təsir imkanlarına malikdir, müstəqil siyasət yeridir. Nəticələr isə dövlətimizin daha da möhkəmlənməsində, insanların rifahının yüksəlməsində, inkişaf etmiş dünya ölkələrinə sürətli inteqrasiyada, ölkədaxili sabitliyin davam etməsində, 2003-cü ildən başlanan regional inkişaf proqramlarının icrasında, qeyri-neft sektorunun daha da inkişafında, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqində və bir çox digər istiqamətlərdə özünü göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ili “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan etməsi və bu ilin fevral ayının əvvəllərində ilk Azərbaycan peykinin kosmosa buraxılması iqtisadi və elmi potensialımızın ən yüksək dərəcəyə qalxdığını göstərir. 2012-ci ildəki bir neçə rəqəmə diqqət yetirək. Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru isə 9,7 faiz artmışdır. Qeyri-neft sənayemizdə 8 faiz, kənd təsərrüfatında 6 faiz artım əldə edilmişdir. Hesabat ilində inflyasiya 1,1 faiz səviyyəsini keçməmişdir. Bu da son illərdə ən aşağı rəqəmdir. Əhalinin pul gəlirlərinin 13,8 faiz artması Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin durmadan yüksəlməsinin göstəricisi kimi qəbul edilməlidir. Sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara 100 milyonlarla manat kompensasiya verilməsi Azərbaycan dövlətinin, cənab Prezidentin ölçüyəgəlməz qayğısının nəticəsi kimi dəyərləndirilir.
2012-ci ilin ən əlamətdar hadisəsi cənab Prezident İlham Əliyevin 07 fevral 2012-ci il tarixli sərəncamı olmuşdur. Bu sərəncama əsasən şəhərə bitişik olan 3 kənd, İsmayıllı, Mican və Qəzli kəndləri İsmayıllı şəhərinə birləşdirilmişdir. Şəhərin ərazisi böyümüş, əhalisi 25 min nəfərə çatmışdır.
2012-ci ildə rayon ərazisində tikinti, abadlıq, quruculuq işləri davam etdirilmişdir. 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıAzərbaycan Respublikası Prezidentinin 16 mart 2012-ci il tarixli 2104 nömrəli, sərəncamı ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına işlərin icrasına başlanmış və hazırda davam etdirilir. Artıq yolun 20 km-lik hissəsinin yol əsası tikilmişdir. İl ərzində Kürdeldarbəyli, Talış və Sərdahar kəndlərində qəzalı vəziyyətdə olan binaların yerində hər birində 80 şagird yerlik məktəb binaları, Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalacıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər, 3 nəfər Qarabağ müharibəsi əlili və bir nəfər Çernobıl əlili üçün fərdi yaşayış evi tikilmişdir.
Şəhərin Heydər Əliyev prospektində qala divarlarının tikintisi başa çatdırılmış, piyada səkiləri tamamlanmış, yağış sularının ötürülməsi üçün arxlar yenidən qurulmuş, prospektdə nəqliyyatın sıxlığının aradan qaldırılması üçün avtomobil dayanacağı inşa edilmişdir. Ə.Mahmudov küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilər yenidən qurulmuş, Cavanşir küçəsində abadlıq işləri icra edilmişdir. İvanovka kəndində mini futbol meydançası tikilərək istifadəyə verilmişdir. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Üzrə İkinci Layihə çərçivəsində İsmayıllı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması, İsmayıllı-Lahıc avtomobil yolunun, rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Polis şöbəsi üçün yeni inzibati binanın, Mücü, Müdri, Yeniyol və Pirəbilqasım kəndlərində məktəb binalarının tikintisi, şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün yeraltı qaz xətlərinin dəyişdirilməsi, Basqal qəsəbəsi və ətraf yaşayış məntəqələrinin qazlaşdırılması üçün daşıyıcı qaz xəttinin çəkilməsi, Dünya bankının vəsaiti hesabına Lahıc qəsəbəsində və İvanovka kəndində 35 yerlik sahə xəstəxanalarının, Tircan və Topçu kəndlərində həkim məntəqəsi binalarının, “Şeraton-İsmayıllı” mehmanxana kompleksinin, İvanovka kəndində çörək və Hacıhətəmli kəndində şərab emalı zavodlarının, Xəlilli kəndində illik istehsal gücü 24 min ton olan taxıl terminalı, Sumağallı kəndi ərazisində Göyçay çayı hövzəsində 4 meqa vatt gücündə 2 su elektrik stansiyasının, Nizami küçəsində “Cüdo” mərkəzinin, təhsil müəssisələrində məskunlaşan məcburi köçkünlər üçün 45 yaşayış evindən və müvafiq sosial obyektlərdən ibarət qəsəbənin tikintisi, şəhərin mərkəzi küçələrinin yenidən qurulması işləri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin sosial problemlərinin həlli məqsədilə Azərbaycan Kənd İnvestisiya Layihəsi və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq uğurla davam etdirilmişdir. Kənd İnvestisiya Layihəsi ilə Soltankənd kəndinin daxili yolları təmir edilmiş, Ərəgit kəndində qədim üslubda yol örtüyü tikilmiş, İstisu və Topçu kəndlərində içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətləri çəkilmiş, kəndin məhəllələrində bulaqlar inşa edilmişdir. Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə Lahıc qəsəbəsinin yeni yaşayış məhəlləsinə 2 kilometr uzunluğunda kanalizasiya xətti çəkilərək istifadəyə verilmişdir.
Hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin icrası davam etdirilmişdir. Dövlət Proqramında nəzərdə tutulan 17 tədbirdən 11 tədbirin icrası təmin edilmiş, 3 tədbir qismən, 3 tədbirin icrası ilə əlaqədar işlər görülməmişdir.
2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıİcra edilməyən tədbirlər qədim misgərlik məmulatlarının və digər xalq sənətkarlıq məhsullarının istehsalının dəstəklənməsi, əlillər üçün bərpa mərkəzinin tikintisi və müvafiq avadanlıqlarla təchizatı, rayonun ərazisində mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası ilə bağlıdır. Bərpa mərkəzinin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi ayrılaraq sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İşlərin icrasına cari ildə başlanması nəzərdə tutulur. Rayon Mədəniyyət Mərkəzinin və Rayon Tarix Diyarşünaslıq Muzeyinin yenidən qurulması ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət edilmişdir.
Hesabat ilində rayon büdcəsinin gəlir hissəsi 22 milyon 31 min 521 manata qarşı 21 milyon 79 min 949 manat olmuşdur. Büdcə gəlirlərinin icrası 96 faiz təşkil etmişdir. Yerli mənbələrdən daxil olmalar artaraq proqnoza nisbətən 112 faizə çatmışdır. İllik məxaric proqnozu 1 milyon 301 min 900 manat kəsrlə icra edilmişdir.
Keçən il əsas kapitala investisiya qoyuluşu 16 milyon 887 manat olmuş, 4 milyon 273 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. 2012-ci ildə ümumi məhsul buraxılışı üzrə kənd təsərrüfatı məhsullarının həcmi 62 milyon 282 min manat, sənaye məhsulları istehsalının həcmi isə 3 milyon 558 min manat olmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2011-ci illə müqayisədə 17 manat artaraq 238 manata çatmışdır. Əhaliyə 15 milyon 807 min manatlıq pullu xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 97 milyon 338 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 1,7 faiz artıqdır.
2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıKənd təsərrüfatının təşkili və idarə olunması təkmilləşdikcə əldə olunan nəticələr də yüksəlir. Kənd təsərrüfatı istehsalı sahəsindəki yekun rəqəmlər bu fikri tam aydınlığı ilə üzə çıxarır. İlk olaraq onu qeyd edim ki, bu sahədə məhsul istehsalının ümumi həcmi 2011-ci illə müqayisədə 6,2 faiz artmışdır. Taxıl istehsalı 2011-ci ildə 58 min 174 ton, 2012-ci ildə 65 min 550 ton olmuş, müqayisə edilən dövrə nisbətən məhsuldarlıq 2,4 sentner artaraq 22,5 sentnerə çatmışdır. 6 min 364 ton kartof, 7 min 334 ton tərəvəz, 7 min 895 ton meyvə istehsal olunmuşdur.
Hesabat ilində iri buynuzlu mal-qaranın baş sayı 51 min 190 başa, xırda buynuzlu heyvanların sayı 178 min 512 başa çatdırılmış, 5 min 73 ton ət, 34 min 15 ton süd, 8 milyon 93 min ədəd yumurta istehsal olunmuşdur. Bütün göstəricilər 2011-ci ildəki nəticələrlə müqayisədə yüksəkdir.
Bu sahədə ən ciddi nöqsan ondan ibarətdir ki, xüsusilə heyvandarlıq və taxılçılıq sahəsində iri təsərrüfatların yaradılması ilə bağlı addım atılmayıb.
2012-ci ildə İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilmişdir. İl ərzində 110 min 532 poqon-metr müxtəlif ölçülü qaz xətləri dəyişdirilərək yerin səthinə çıxarılmışdır. Bu, şəhərin Mübariz Orucov, Hacı Zeynalabdin Tağıyev, Ruslan Bəşirov, Səməd Vurğun, Kamran Məmmədov, Üzeyir Hacıbəyov, Fizuli, Natiq Behdiyev, Nizami Səmədov küçələrini əhatə edir. Şəhərə birləşdirilmiş ərazilərdə də 43 min 270 poqon-metr qaz kəməri yenilənmişdir. “Xəzər LTD” tikinti şirkəti tərəfindən İvanovka kəndində 39 min 555 poqon-metr qaz xətti çəkilmişdir və sayğacların təzələnməsi işi davam etdirilir. 2012-ci ildə Topçu kəndinə qaz verilişi bərpa edilmişdir. Bu iş Tircan və Maçaxı kəndlərində davam etdirilir. Abonentlərə satılan qazın dəyəri 91,9 faiz toplanmışdır ki, bu heç də qənaətbəxş deyildir. Odur ki, yığımın 100 faizə çatdırılması üçün İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən əhali abonentləri ilə işdə dönüş yaranmalıdır. Qazlaşmayan yaşayış məntəqələrimiz də çoxdur. Bəzən də kənd yaşayış məntəqələrinin qazlaşmasının ləngiməsi əhalinin haqlı narazılığına səbəb olur. Sahənin rəisi Eldar Səlimzadə qaz təchizatının sabitliyinə diqqətlə yanaşmır.
İl ərzində Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən enerji təsərrüfatında cari təmir işləri aparılmışdır. Belə ki, müxtəlif ərazilərdə 154 ədəd dayaq dəyişdirilmiş, 127 min 615 manatlıq təmir işləri görülmüşdür. Qafqaz xəttinin 3,5 kilometrlik hissəsi meşə ərazisindən kənara çıxarılmışdır. Satılan enerjinin dəyəri cəmi 85,7 faiz yığılmışdır. Bu çox aşağı göstəricidir. Təəssüf hissi ilə qeyd edirəm ki, rayonun 4 kəndi istisna olmaqla enerji təsərrüfatındakı vəziyyət ürəkaçan deyil, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında ciddi problemlər vardır. Enerji sistemi köhnə olduğundan tez-tez qəzalar baş verir. Transformatorlar istismar müddətini keçdiyindən yaşayış məntəqələrinin tələbatını tam ödəmir. Yaşayış məntəqələrində elektrik dirəkləri köhnəldiyindən tez-tez aşır. Əhali ilə görüşlərdə, səyyar qəbullarda edilən müraciətlərin əksər hissəsi də qəzalı elektrik dirəkləri ilə bağlıdır. Çox təəssüf ki, edilən müraciətlərə rayon elektrik şəbəkəsinin və Şəki Regional İdarənin rəhbərliyi diqqətsiz yanaşır. Rayonun elektrik təsərrüfatında irəliləyiş əvəzinə gerilik yaranır.
2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıMənzil İstismar Sahəsi tərəfindən 2012-ci ildə sakinlərə 10 min 44 manatlıq xidmətlər göstərilmiş, yığım 90 faizə çatdırılmışdır. Hesabat ilində 8 kommunal yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 2 binanın dam örtüyündə əsaslı təmir işləri aparılmışdır.
İsmayıllı Su-Kanal İdarəsi tərəfindən su xətlərində cari təmir işləri aparılmışdır. Ümidvarıq ki, su və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması layihəsi həyata keçirildikdən sonra şəhərin bütün əraziləri fasiləsiz içməli su ilə təmin ediləcəkdir. 2012-ci ildə idarə tərəfindən 1210 ədəd su sayğacı quraşdırılmışdır. Su təchizatını yaxşılaşdırmaq üçün keçən il Bizlan və Çərmədil kəndlərində artezian quyuları qazılıb istifadəyə verilmişdir. Keyvəndi və Kürdeldarbəyli kəndlərində qazılan artezian quyuları da bu yaxınlarda istifadəyə veriləcəkdir. İndiyə qədər bu kəndlərdə mövcud olan içməli su problemi yaxın vaxtlarda öz həllini tapacaqdır.
2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıHesabat ilində İsmayıllı şəhərinin içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlanmışdır. Bu istiqamətdə rayonda böyük layihə icra edilir. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə” əsasında İsmayıllı şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur. Layihəni Türkiyənin “Kolin” şirkəti icra edir, artıq 103 min metrə yaxın su, 102 min 694 metrdən çox kanalizasiya xətləri çəkilmişdir.
Şəhər sakinlərinin rahatlığı üçün olan gələcək layihənin bugünkü icra vəziyyəti çox ciddi narahatlıq yaradıb. Şəhər ərazisində nəqliyyatın hərəkəti, şagirdlərin dərsə davamiyyəti mümkünsüz hala gəlib. Layihənin icraçıları heç bir texnologiyaya riayət etmədən geniş miqyasda, sistemsiz, heç bir ardıcıllıq gözləmədən qazıntı işləri aparırlar. Bu da əsla yolverilməzdir. Bəs şəhər əhalisinin normal həyatı üçün cavabdeh olan şəxslər niyə biganə mövqe tutmuşlar. İsmayıllı bələdiyyəsinə sanki şəhər ərazisində gedən işlərin dəxli yoxdur.
Böyük razılıq hissi ilə qeyd edirəm ki, zəngin təhsil və ziyalılıq ənənələri olan rayonumuzda dövlət təhsil siyasəti uğurla həyata keçirilir. 2012-ci ildə məzunlarımızın 268 nəfəri ali məktəblərə, 110 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Qəbul zamanı abituriyentlərimizin 11 nəfəri 600-dən yuxarı, 44 nəfəri isə 500-600 arasında bal toplamışdır. Ali məktəblərə qəbulda şəhər 1, 2, 3, 4, 5, 6 saylı, Lahıc qəsəbə, Təzəkənd, Cülyan, Talıstan və İvanovka kənd tam orta məktəbləri daha yüksək nəticə əldə etmişlər. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində hər il rayonumuz yüksək nəticələr qazanır. 2012-ci ildə şəhər 2 saylı, Qubaxəlilli və Tircan tam orta məktəbləri, şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev müsabiqələrin qalibi olmuşlar. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən şəhər 1 saylı tam orta məktəb elektron məktəb seçilmişdir. Rayonun bütün müəllimləri informasiya və kommunikasiya texnologiyaları kurslarından keçmişdir.
Rayon İcra Hakimiyyəti rayon təhsilinin inkişafını həmişə diqqətdə saxlamış, nailiyyətləri təqdir etmiş, qabaqcılları mükafatlandırmış, onların uğurlarını “İsmayıllı günü” adı altında keçirilən bayramla Respublika miqyasına çıxarmışdır. 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları
Rayon Təhsil Şöbəsinin rəhbərliyi məktəb direktorlarını və bütün müəllimləri bundan sonrakı fəaliyyətdə şagirdlərin tərbiyəlilik səviyyəsinin yüksəldilməsi üçün səfərbər etməlidir. Məktəblilərin dövlət atributları, dövlətçilik, vətənçilik, azərbaycançılıq, məfkurə mövqeyi və milli ənənələr əsasında tərbiyəsi işinə xüsusi diqqət yetirməlidir. Müəllimlərin, təhsil işçilərinin haqqına, hüququna toxunan hallara qətiyyətlə son qoyulmalıdır.
Rayonda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Artıq bu sahədə islahatlar gedir. Başlanğıcda qeyd etdiyim kimi, mərkəzi xəstəxana binası yenidən qurulur, yeni müasir avadanlıqlarla təmin ediləcəkdir.
Fəaliyyət müvəqqəti olaraq uşaq xəstəxanasında davam etdirilir. Yaxın vaxtlarda Lahıc qəsəbəsində və rayonun kəndlərində 15 çarpayılıq yeni xəstəxanalar Topçu və Tircan kəndlərində yeni həkim məntəqələri istifadəyə veriləcəkdir.
Keçən il 39 nəfər vərəmli xəstə qeydiyyata götürülmüş, bu xəstəliyə tutulanların sayı 413 nəfərə çatmışdır. 870 nəfər rayon sakini şəkərli diabet xəstəliyi ilə qeydiyyatdadır. Onlar pulsuz şəkərsalıcı dərman preparatları ilə təmin olunur.
15 həkim vəzifəsinin hələ də vakant olması və bu vəziyyətin təkrarlanması narahatedici faktdır. Ucqar yerlərdə kadr və ya müvafiq bina olmadığından tibb məntəqələrinin fəaliyyət göstərməməsi də həlli vacib problem kimi diqqətdə saxlanmalıdır. 2011-ci illə müqayisədə hepatit viruslu xəstəliklərin sayı 2012-ci ildə 2 dəfə azalsa da, yoluxucu xəstəliklərin profilaktikasına xüsusi diqqət yetirilməlidir.
Mərkəzi xəstəxananın idarə olunmasındakı mövcud sistemsizliyi baş həkim Avtandil Rəhimovun diqqətinə çatdırmaqla bu sahəyə daha yüksək məsuliyyətlə yanaşmasının vacib olduğunu bildirmək istərdim.
2012-ci ildə mədəniyyət obyektlərinin əsaslı və cari təmiri, tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi, müxtəlif mövzulu sərgilərin təşkili sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir.
Diyallı kənd mədəniyyət evində, İvanovka kənd kitabxanasında, uşaq incəsənət məktəbində, muzeylərdə təmir işləri aparılmış, 80 min manatlıq inventar, 64 min manatlıq avadanlıq alınaraq mədəniyyət və turizm şöbəsinin müəssisələrinə paylanmışdır.
2012-ci ildə Respublika Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə rayonumuz tarix və mədəniyyət abidələri ilə bağlı pilot rayon seçilmişdir. Başqa bir əmrlə rayon mədəniyyət evinin bazasında mədəniyyət mərkəzi yaradılmış, yerlərdəki mədəniyyət evləri və klublar onun filialına çevrilmişdir. Bu da idarəetmədə səmərəliliyi artırmışdır. Turizmin inkişafı üçün yaradılan infrastruktur imkan vermişdir ki, rayona turist axını yaransın. Hesabat ilində tərkibində 30-40 faiz xarici vətəndaş olmaqla 75 min nəfərə yaxın turist İsmayıllıya gəlməyə üstünlük vermişdir. Bu da 2006-cı illə müqayisədə 37,5 dəfə artım deməkdir. Mədəniyyət və turizm şöbəsinin fəaliyyətində əsas diqqət çəkən odur ki, işə münasibətdə burada müasirlik, yaradıcı münasibət, yeniliyə cəhd özünü göstərir. Lakin bu müsbət irəliləyişlər bir neçə mədəniyyət müəssisəsinin fəaliyyəti ilə bağlıdır. İşçilərin 39 faizi orta təhsillidir. Rayon Mədəniyyət mərkəzinin binası müasir tələblərə cavab vermir.
2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarıRayon İncəsənət Məktəbi tamamilə yararsız vəziyyətdədir. Bu səbəbdən də şagirdlər burada seçdikləri ixtisasa yiyələnə bilmirlər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi turizm sahəsindəki rəqəmləri yüksəltməklə, tədbirlərin sayını artırmaqla özündə arxayınlıq yaratmamalıdır. Milli-mənəvi dəyərlərin və insan mənəviyyatının zənginləşməsində bu sahənin böyük əhəmiyyət kəsb etdiyini hər bir mədəni-maarif işçisi dərindən dərk etməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi – 2011-2015-ci illərdə” Dövlət Proqramına və “Dövlət Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq fəaliyyətini quran rayon Gənclər və İdman idarəsi bir sıra istiqamətlərdə uğurlar əldə etmişdir.
Məlum olduğu kimi, 2012-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “İdman ili” elan etmişdir. Olimpiya İdman kompleksi ilə birgə idmanın kütləviliyi artmış, Respublika miqyaslı yarışlarda idmançıların fəal iştirakı təmin edilmişdir. Gənclərlə iş sahəsi üzrə keçirilən zona miqyaslı 10 tədbirdə 628 nəfər, respublika miqyaslı tədbirlərdə 124 nəfər gənc iştirak etmişdir.
İdmançı gənclərimiz beynəlxalq yarışlarda, müxtəlif turnirlərdə uğurlara imza atmışlar. 2009-cu ilin oktyabrında fəaliyyətə başlayan İsmayıllı Olimpiya-İdman Kompleksi rayonda idmanın inkişafına, onun kütləviliyinin təmin olunmasına geniş şərait yaratmışdır. Kompleksdə 15 idman növü üzrə 18 bölmə fəaliyyət göstərir. Ötən il müxtəlif idman növləri üzrə zona yarışlarında 51 nəfər, respublika miqyaslı yarışlarda 677 nəfər, beynəlxalq yarışlarda 19 nəfər yeniyetmə və gənc iştirak etmişdir. İl ərzində 121 idman tədbiri keçirilmişdir. Beynəlxalq yarışlarda iştirak edən idmançılarımızdan 2 nəfər birinci, 4 nəfər ikinci, 3 nəfər isə 3-cü yer tutmuşdur.
Keçən il Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ilin yekunları ilə əlaqədar İsmayıllı Olimpiya İdman Kompleksi “İlin ən yaxşı idman kompleksi” elan edilmişdir. Şirvan Regional Debat mərkəzi və “Xəmsə” klubu açılmışdır. Rəqəmlər gənclər və idman sahəsində aparılan işləri kəmiyyətcə əks etdirir.
Son hadisələr sübut etdi ki, rayonda gənclərlə aparılan işlər dərindən, kökündən yaxşılaşdırılmalı, keçirilən tədbirlərdə onların bütün təbəqələri əhatə edilməlidir. Gənclər faydalı işə cəlb olunmalı, onların məşğulluğunun təmin olunması üçün lazımi tədbirlər görülməlidir. RGİİ-si öz fəaliyyətinə yenidən baxmalı, tədbirlərin sayını artırmaq yox, fayda və nəticə verə biləcək məsələlərin həllinə üstünlük verməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ötən dövr ərzində 1766 ailənin 8 min 23 üzvünə ünvanlı sosial yardım təyin edilərək ödənilmişdir. Adambaşına düşəm orta aylıq məbləğ 23 manat olmuşdur. Ünvanlı sosial yardım almaq hüququ olanlara yardım təyin edilməsi işi davam etdirilir.
Hesabat ilində yeni doğulan 821 uşağa görə 67 min 260 manat ödəniş aparılmışdır. Müxtəlif növ sosial müavinətlərə 2 milyon 662 min 930 manat vəsait ödənmişdir.
Bu rəqəmlər kiminsə fəaliyyətinin nəticəsi yox, Azərbaycan Dövlətinin öz vətəndaşına qayğısının təzahürüdür. İmkansız ailələrə ünvanlı sosial yardım vermək isə hər bir ailənin ölkə rəhbərinin, dövlətimizin diqqətində olması deməkdir. Çox acınacaqlı haldır ki, yerlərdə ünvanlı sosial yardım almaq hüququ qanunla yox, məsul şəxslərin marağına əsasən müəyyənləşdirilir. Bu sahə üçün limit müəyyənləşdirilir, digər şərtlər qoyulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində müraciət edənlərin uçotu aparılmır, onlara şifahi qaydada, qanuna uyğun olmayan cavablar verilir. Əhalinin haqlı narazılığı isə eşidilmir. Nəticələrin nələrə səbəb olduğu hamımıza yaxşı bəllidir.
Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 50-dən artıq Fərman, Sərəncam və Qanun imzalanmışdır. “Pensiya islahatı konsepsiyası”nın təsdiqi bunların sırasında daha çox əhəmiyyət kəsb edir. İndi rayonda orta aylıq pensiyanın məbləği 134,9 manatdır.
2012-ci ildə əmək pensiyalarının ödənilməsinə 22 milyon 639 min manat, digər müavinətlərin ödənilməsinə isə 352 min manat vəsait xərclənmişdir. Pensiyalar vaxtında ödənmiş, 1 yanvar 2013-cü il tarixə ödənməmiş pensiya qalmamışdır.
Fiziki şəxslərdən və torpaq mülkiyyətçilərindən daxilolmalar da 2011-ci ilə nisbətən artmışdır. Şöbənin rəhbəri yerli daxilolmaların indiki artım səviyyəsi ilə kifayətlənməməli, daha əhatəli iş aparmalıdır.
Rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsaslanaraq fəaliyyət göstərmişdir. 2012-ci ildə mərkəzə 537 nəfər vətəndaş müraciət etmiş və işaxtaran kimi qeydiyyata alınmışdır. Onlardan 350 nəfəri işlə təmin edilmişdir. 19 nəfərə işsizlik statusu verilmiş və onlara uyğun müavinət təyin edilmişdir. 21 sentyabr 2012-ci il tarixdə keçirilən əmək yarmarkasında 99 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş, 11 nəfər ictimai işə cəlb olunmuşdur. 1 yanvar 2013-cü ilə 3 min 242 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır, işsiz statusu alanların sayı 473 nəfərdir. Bu rəqəmlərə əsaslanıb demək istərdim ki, rayon məşğulluq mərkəzi işəgötürənlərlə daha sıx əməkdaşlıq şəraitində işləməli, Məşğulluq Haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarəti artırmalıdır.
Bir məsələni xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional Əmək Müfəttişliyini rəis Raqub Bağırov özəl obyekti kimi işlədir. Əsas fəaliyyətini kimlərinsə malikanələrinin mühafizəsinə və öz şəxsi maraqlarının təmin olunmasına yönəldir. Müfəttişliyin rəhbərliyinə xəbərdarlıq etmək istərdim ki, onun da mövqeyi əhalini, xüsusilə iş adamlarını kəskin narazı salır.
İsmayıllı Poçtamtı tərəfindən tarif gəlirləri proqnozu 170,4 min manat həcmində yerinə yetirilmişdir. Bu da 2011-ci illə müqayisədə 28,1 min manat çoxdur.
Hesabat ilində əhaliyə 143 min manat poçt xidmətləri göstərilmişdir ki, bu da müqayisə olunan ildən 27,5 min manat çoxdur.
İsmayıllı telekommunikasiya qovşağı 2012-ci ildə 678 min manat gəlir əldə etmiş, 240 mənzilə yeni telefon çəkmiş, 225 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Yeni qurulan elektron ATS-lər rayonda telefonlaşma problemini tam həll etmişdir. İndiki halda şəhər ərazisində 619, kəndlərdə isə 1234 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə 1300 abunəçi geniş zolaqlı internet xidmətindən istifadə edir. Bu rəqəmlə ilk baxışda razılaşmaq olar. Lakin İnternetə çıxış kəmiyyət və keyfiyyətcə yüksəlməli, müasir tələblər səviyyəsinə çatmalıdır.
10 saylı Yol İstismar Sahəsi tərəfindən 2012-ci ildə 1 milyon 290 min manatlıq təmir işləri görmüşdür. Bu təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda aparılmışdır. Payız-qış mövsümündə nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün lazım olan tədbirlər görülmüşdür. Qeyd etmək istərdim ki, yol istismar idarəsinin rəhbərliyi yerli yollara diqqəti artırmalı, insanların nəqliyyatdan istifadə vəziyyətinin yaxşılaşdırılması üçün daha əsaslı tədbirlər həyata keçirməlidir.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, saflığı, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olan məsələdir. İlk növbədə onu qeyd edim ki, Heydər Əliyev Mərkəzində əsil yaradıcılıq mühiti hökm sürür. Buradakı dərnəklər ən ucqar yerlərdə yaşayan yaradıcılıq imkanlı uşaqları, gəncləri cəlb edir. Müxtəlif qrup vətəndaşlarla mərkəzdə görüşlər keçirilir, peşə bayramları qeyd olunur, xarici ölkələrdən gələn qonaqlar bir qayda olaraq burada qəbul edilir. Heydər Əliyev Mərkəzi indi hamının diqqətində olan yaradıcılıq məkanıdır.
Hesabat dövründə şəhərimiz iki böyük tədbirə, “Ailə Bayramına” və ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən beynəlxalq veloyürüşün III mərhələsinə ev sahibliyi etmiş, hər iki tədbir yüksək təşkilatçılıqla başa çatmışdır.
Dinlərə, müxtəlif milli və etnik qruplara münasibətdə İsmayıllıda əsil mənada tolerantlıq hökm sürür. Milli folklor qruplarının inkişafı, milli mətbəxlərin kütləvi nümayişi üçün ardıcıl və sistemli tədbirlər görülür.
Tarixi günlər, milli və dini bayramlar, anım və xatirə günləri, yerli nailiyyətləri əks etdirən “İsmayıllı günü” geniş miqyasda, kütləvi formada, mahiyyətinə uyğun qaydada keçirilir. Bəzi ümumrayon bayramları üçün daha ucqar yerlər məkan seçilir. Keçən il Novruz Bayramını Lahıc qəsəbəsində qeyd etdik. Yerli əhali və gələn çoxsaylı qonaqlar bu tədbiri razılıqla qarşıladılar. Ramazan ayında yerlərdə təşkil olunan iftar axşamları öz səmimiliyi, mehribanlığı, mənəvi, dini zənginliyi ilə daha çox diqqəti cəlb edir. Bu tədbirlərdə İvanovkanın nümayəndələrinin iştirakı razılıq yaradır. Rayon İcra Hakimiyyəti siyasi, ideoloji və ictimai tədbirləri üzvlərinin sayı 7 min nəfərdən çox olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır.
Hesabat dövründə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əsaslı işlər görülmüş, rayonda kriminogen vəziyyətin sabit saxlanması, bu və ya digər formada baş verən qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Milli, dini zəmində heç bir qanuna zidd hal baş verməmişdir.
İl ərzində avtoxuliqanlıqla mabarizə məqsədilə dəfələrlə tədbirlər keçirilmiş, məktəb kollektivlərində, idarə və təşkilatlarda tərbiyəvi söhbətlər aparılmışdır. Lakin bu ilin 23 yanvar tarixində avtoxuliqanlıqla başlanan və sonradan asayişin pozulması ilə nəticələnən hərəkətlər bir daha göstərdi ki, bu sahədə daha çox iş görmək lazımdır. Bilməliyik ki, baş vermiş hər hansı hadisə radikal meylli qüvvələr tərəfindən siyasiləşdirilməklə sabitliyin pozulmasına yönəldilir. Əhalinin gur yeri olan Nizami küçəsində məişət zəminində baş verən bu hadisə iğtişaşa çevrilmişdir. Dövlət əmlakına, şəxsi əmlaka qəsd edilmişdir. Hadisələrin geniş miqyas almaması üçün rayona polis qüvvələri gəlmiş, rayonun, ölkənin inkişafını gözü götürməyən qrupların dağıdıcı hərəkətlərinin qarşısı alınmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar cinayət işi qaldırmışdır. Təqsirkarlar həbs olunmuş, istintaq aparılır.
Qanuna zidd halların baş verməsi və bu hadisələrdə gənclərin iştirakının üstünlük təşkil etməsi hər birimizi dərindən düşündürməlidir. İdeya-siyasi, hüquqi tərbiyədə yol verilən nöqsanlar qətiyyətlə aradan qaldırılmalıdır. Hər bir məsul şəxs insanlarla münasibətdə həssas olmalı, yalnız qanunlara əsaslanmalı, səbirlə hərəkət etməlidir. Dövlət qayğısı hər bir ünvana dəqiqliyi ilə çatdırılmalıdır.
Qanuna zidd hadisələrin baş verməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, vəzifə borcu əhaliyə xidmət olan məsul şəxslər fəaliyyətlərini hələ də təhlil etməyib, işinə tənqidi yanaşmayıb, nəticə çıxarmayıblar. Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri Qrupunun rəisi Bayram Zeynalov əhali ilə istədiyi kimi davranır, ən ucqar kəndlərdən gələnləri get-gələ salır, rüsumlarda şəffaflığı təmin etmir. İmtahanlara hazırlıq üçün 9-11-ci sinif şagirdləri şəxsiyyət vəsiqəsi almalı idilər. Onlar çox böyük çətinliklərdən, süründürməçilikdən sonra vəsiqəni ala bildilər. Kimsə Bayram Zeynalova ötəri də olsa xəbərdarlıq etmədi.
Notarius Abdulla Cabbarov da eyni yolla gedir, rüsumlarda qanunla müəyyən olunmuş rəqəmləri yox, öz düşündüyü rəqəmləri əsas götürür. Sovet dövründən qalan əmanətlərin qaytarılması zamanı isə notarius daha çox qanun pozuntusuna yol vermişdir.
Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin rəisi Əhməd Cəlilovun fəaliyyəti tənqidə layiq səviyyədədir. Özü qaydaları daha çox pozur, qanunun tətbiqində qərəzli və güzəştli mövqe tutur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rayon bölməsi, Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi də qanunla bir araya sığmayan hərəkətləri ilə insanlarda narazılıq yaradır.
İcra strukturlarına rəhbərlik və bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq şəraitində işləməyə rayon icra hakimiyyəti öz fəaliyyətində həmişə üstünlük verir. 2013-cü il yanvar ayının 10-dan 31-dək rayon icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Ümumilikdə hesabat yığıncaqlarında 3 min 215 nəfər iştirak etmiş, 234 tənqidi qeyd və təklif irəli sürmüşdür.
Tənqidi qeydlər ümumiləşdirilmiş, məzmununa görə qruplaşdırılmış, icrası üçün tədbirlər planı hazırlanmış, aid təşkilatlara göndərilmişdir.
Rayon İcra Hakimiyyətinin aparatı və yerli icra nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq yenidən təşkil edilmiş, hər bir şöbə öz reqlamentini hazırlamışdır. RİH-nin şöbələri və inzibati ərazi dairələri üzrə nümayəndəliklər informasiya və kommunikasiya texnologiyaları vasitəsi ilə təmin edilmişdir.
İsmayıllı rayon Bələdiyyələri Əlaqələndirmə Şurası 34 bələdiyyəni özündə birləşdirir. Şura, bələdiyyələrin səlahiyyətində olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələlərlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi, yerli özünüidarəetmə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması istiqamətində il boyu iş aparmış, aid strukturlarla birgə fəaliyyət göstərmişdir. Bələdiyyə orqanlarında və mülkiyyətində olan əmlakdan düzgün istifadə edilmiş, torpaq sahəsindən istifadə zamanı qanun pozuntularına yol verilməmişdir.
Qeyd etmək istərdim ki, öz maliyyə imkanlarının artırılması, xidmət sahələrinin yaradılması, az da olsa iş yerlərinin açılması istiqamətində bələdiyyələr passivlik göstərirlər. Bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi, əhalinin sosial problemlərinin həlli baxımından daha fəal olmalıdırlar. Dözülməz haldır ki, hətta İsmayıllı bələdiyyəsində də bu fəallıq müşahidə edilmir.
Rayon İcra Hakimiyyəti 2012-ci ildə də vətəndaşların qəbuluna, onların şikayət və müraciətlərinə baxılmasına diqqətlə yanaşmış, bu vacib işi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq olunmuş normativ hüquqi akt və sənədlərin əsasında aparmışdır.
Biz yerlərdə keçirilən səyyar qəbullara daha çox üstünlük vermişik. İnformasiyanı ilk mənbədən almağımız, problemlərin vaxtında həllinə şərait yaradır. Çərmədil kənd sakinləri içməli suyun olmamasından və şagirdlərin qonşu Ərəbmehdibəyli kənd məktəbinə gedib-gələ bilməməsindən şikayətlənmişdilər. Az müddətdə artezian quyusu qazılıb istifadəyə verildi və büdcədənkənar vəsait hesabına “UAZ” markalı mikroavtobus alınıb şagirdlərə hədiyyə edildi.
Sentyabr ayında Kəlfərəc kəndində qəbul keçirən zaman eyni vəziyyətlə rastlaşdıq. Dekabr ayının əvvəlində mikroavtobusun təqdimatı oldu. Digər şikayət və təkliflərin icrasında da belə operativlik və həssaslıq göstərilir.
Bunun nəticəsidir ki, 2012-ci illə müqayisədə rayon icra hakimiyyətinə 226 nəfər az vətəndaş müraciət etmişdir. Vətəndaşlar daha çox mənzil, fərdi ev tikintisi, sosial müdafiə məsələləri, həyətyanı torpaq sahəsi, enerji, istilik və səhiyyə məsələləri ilə əlaqədar müraciət etmişlər. Həmin müraciətlərin 301-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasından və Milli Məclisdən, 17-si Nazirlər kabinetindən və respublikanın digər təşkilatlarından göndərilmişdir.
Hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmanın, imkan olan problemlərin yerdə həllinin nəticəsidir ki, Azərbaycan Prezidentinin və Respublikanın birinci xanımının ünvanına göndərilmiş ərizələrin sayı 2011-ci ilə nisbətən 140 ədəd azalmışdır.
Ötən il 2140 nəf

Şərh Yaz