Bilik yarışının rayon turu başa çatdı

Bilik yarışının rayon turu  başa çatdı“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə “ Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının rayon mərhələsi uğurla başa çatmışdır.
2013-cü ilin yanvar ayında bilik yarışı tam orta məktəblərdə 156 komandanın və 780 nəfər şagirdin iştirakı ilə keçirildi . Hər məktəb ekoloji breyn-rinq bilik yarışında rayon mərhələsində 5 nəfər şagirddən və bir müəllimdən ibarət komanda ilə təmsil olunmuşdur.
Beləliklə, bilik yarışının rayon mərhələsində 225 nəfər məktəblidən ibarət 45 komanda yarışmışdır. Gərgin keçən “Ekoerudit” məktəblilərin breyn-rinq bilik yarışında münsiflər heyətinin qərarına əsasən Təzəkənd kənd tam orta məktəbinin komandası I yerə, Buynuz kənd tam orta məktəbinin komandası II yerə, şəhər 5 saylı tam orta məktəbinin komandası III yerə layiq görülmüşdür. Ruşan kənd tam orta məktəbinin komandasının breyn-rinq bilik yarışında fəal iştirak etdiyi qeyd olunmuşdur.
Təzəkənd kənd tam orta məktəbinin komandası zona yarışında iştirak etmək hüququ qazanmışdır. Komandaya zona turunda qələbə arzulayırıq.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz