Məzunlarla görüş

Məzunlarla görüşMən Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdiyəm. Tələbə adını qazanmaq ən böyük arzumdur. Məktəbimizdə təşkil edilmiş məzunlarla görüş məndə bu arzunu daha da şiddətləndirdi. Onlarla görüşmək, fikir mübadiləsi etmək hər bir şagird üçün maraqlıdır. Fevralın 7-də məktəbimizin akt zalında tələbələrlə olan görüşü səbirsizliklə gözləyirdim. Belə görüş baş tutdu. Tədbiri məktəbin direktoru Eyvaz Mursalov açdı və kollektivin uğurlarından danışdı.
Görüşə məktəbin əksər məzunları, IX-XI sinif şagirdləri və müəllimlər gəlmişdilər. Çıxış edən tələbələr şagirdlərə təhsil almaları və tələbəlik həyatları barədə ətraflı məlumat verdilər. Onlara qarşıdakı imtahanlarda uğurlar arzuladılar. Görüşdə iştirak edən şagirdlər də öz fikirlərini bildirməklə yanaşı, tələbələrə onları maraqlandıran suallar verdilər.
Məktəbimizin məzunlarından Prezident təqaüdçüsü Emil Şirinli, məktəbin uğurlarına uğur qatan Murad Qafarlı, Elnur Oruclu və Əminə Əmirxanlı şagirdlərə ixtisas seçimləri və digər məsələlərlə bağlı tövsiyələrini verdilər.
Məzunların uğur qazanmasında əvəzsiz rolu olan məktəbimizin tarix müəllimi İxtiyar Şabanov, riyaziyyat müəllimi Rafiq Orucov tələbələri salamladı, gələcək məzunlara buraxılış və qəbul imtahanlarında uğurlar arzuladılar. Tələbəlik həyatına əlvida deyib gənc kimya müəllim kimi, yeni fəaliyyətə başlamış məzunumuz Mahizər Məmmədova da tələbəlik illərinin şirinli-acılı günlərindən söhbət açmışdır.
Aygül Novruzlu,
Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz