Yaddas kitabcasi

Riyaziyyat gecəsi

Bu yaxınlarda məktəbimizin şagirdləri maraqlı bir tədbirin şahidi oldular. Məktəbdə “Riyaziyyat məntiqdir” mövzusunda gecə keçirilmişdir. Məktəbin riyaziyyat müəllimi Nüşabə Nəcəfovanın rəhbərliyi ilə V sinif şagirdlərinin ərsəyə gətirdikləri gecəyə müəllimlərlə yanaşı digər siniflərin şagirdləri də dəvətli idilər. Aparıcılıq missiyasını üzərinə götürmüş V sinif şagirdi İfadə Hüseynova tədbiri açdı. Qeyd edildi ki, məntiqi təfəkkür insanlara yalnız elmi fəaliyyətdə deyil, həyatın bütün sahələrində lazımdır.
Əvvəlcə şagirdlər riyaziyyata, məntiqə aid maraqlı kəlamlar söylədilər. Böyük alim Albert Eynşteyn haqqında şagirdlərə məlumat verildi. Şagirdlərdən Çinarə, Aygün, Əli, Vüsal, Aslan, Güldənə, İfadə, Leyla, Samir Vətənə və müəllimlərə həsr edilmiş maraqlı şeirlər söylədilər.
Tədbirin ikinci hissəsində şagirdlər iki qrupa bölündülər. Onlar biliklərini nümayiş etdirməli idilər. Qruplara 10 məntiqi məsələ təklif edildi. “Pifaqor” adlanan qrupa Aygün, Əli, Çinarə, Elnur, Vüsal, Güldənə və Aslan daxil idilər. “Tusi” qrupunda isə Toğrul, Səxavət, Samir, Leyla, Qərib, Sevda və Xəyalə yarışırdılar.
Yarışı münsiflər heyətinin sədri Rafiq Orucov yekunlaşdırdı. Rafiq müəllim elan etdi ki, “Pifaqor” komandası daha yaxşı nəticə ilə qalib olmuşdur. Onun təqdimatından sonra yarış iştirakçılarına hədiyyələr təqdim edilmişdir.
Sonda qonaqlara da bir məntiqi məsələ təklif edilmişdir. Maraqlı keçən tədbiri məktəbin direktoru Eyvaz Mursalov yekunlaşdırdı və bundan razı qaldığını qeyd etdi.
Aygün Dadaşova,
İfadə Hüseynova,
Aslan Əşrəfli,
Cülyan kənd tam orta məktəbinin V sinif şagirdləri

Şərh Yaz