Yaddas kitabcasi

Mütəxəssis hazırlığı məktəbində

Mütəxəssis hazırlığı məktəbindəFevral ayının 11-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsi tərəfindən (ARSHXÇDXŞ) hərbiyəqədər gənclər arasından seçilmiş sürücü namizədlə Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı (HVMH) Məhdud Məsuliyyətli Cəmiyyətin (HVMH) İsmayıllı rayon Mütəxəssis Hazırlığı Məktəbində (MHM) görüş-toplantı keçirildi. Məktəbin daxili qaydalarına uyğun olaraq görüşdə gənclərin valideynləri də iştirak edirdilər. ARSHXÇDX rayon şöbəsinin nümayəndələri mayor Teyyub Əliyev və Zahir İsbatov da tədbirə dəvətli idilər.
Tədbiri giriş sözü ilə HVMH MMC İsmayıllı rayon MHM-nin direktoru Məmmədxan Muradəliyev açdı. O, dəvət olunmuş qonaqları, gəncləri və onların valideynlərini salamladı. Məktəbin direktoru bildirdi ki, gənclər burada sürücü peşəsi ilə bərabər hərbin qayda və tələblərini də öyrənə biləcəklər. Həqiqi hərbi xidmət öncəsi belə bir kursu bitirmək gənclər üçün olduqca əhəmiyyətlidir. Burada öyrənilənlər hər kəs üçün təkcə orduda deyil, həyatda hər vaxt faydalı olacaqdır.
Müdavimlərin diqqətinə çatdırıldı ki, təlim zamanı məktəbin daxili qaydalarına tam və ciddi əməl etmək lazımdır. Burada öyrənilən hər bir vərdiş və bacarıq həqiqi hərbi xidməti asanlaşdırır. Sizdən əvvəlki müdavimlərimizin çoxu barədə ünvanımıza təşəkkür məktubları gəlib. Bu, bizi sevindirir və daha məsuliyyətli olmağa sövq edir. Məktəbin direktoru geniş açıqlamadan sonra müdavimlərə təhsildə və həyatda uğurlar arzuladı.
Çıxış edən valideyn Telman Canəliyev gənclərə seçdikləri sürücülük peşəsinə ciddi yanaşmağı, texnikanın sirlərinə tam yiyələnməyi, Vətəni, xalqı sevməyi tövsiyə etdi.
Hacı Hikmət Əhmədov orduda sürücülərin üzərinə düşən vəzifələrdən danışdı. Bu peşənin bir çox hallarda önəm kəsb etməsinə aid misallar çəkdi. O, hərbin bugünkü tələblərindən söz açdı. Sonda valideynlər məktəbdəki yüksək tələbkarlığa və nizam-intizama görə M.Muradəliyevə minnətdarlıq etdilər, gənclərə uğurlar arzuladılar.
Məktəbin direktoru müdavimləri və valideynləri maraqlandıran sualları cavablandırdı. Təşkil olunmuş toplantıdan tərəflər razılıq etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz