Yaddas kitabcasi

Şirəliyeva Cəmilə Hümbət qızı

Şirəliyeva  Cəmilə  Hümbət qızıRayonun mədəniyyət işçilərinə itki üz vermişdir. Fəal ictimaiyyətçi, yaxşı yoldaş, qayğıkeş ana, gənclərin yaxın məsləhətçisi və hamisi Şirəliyeva Cəmilə Hümbət qızı haqq dünyasına qovuşmuşdur.
Şirəliyeva Cəmilə Hümbət qızı 1937-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. Cəmilə xanım 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunu bitirmiş və həmin müddətdən İsmayıllı şəhər S.Ə.Şirvani adına mərkəzi kitabxananın xidmət şöbəsində kitabxanaçı kimi əmək fəaliyyətinə başlamışdır. Yaxşı işinə, səliqə və intizamına görə çox keçmir ki, onu həmin şöbənin müdiri vəzifəsinə irəli çəkirlər. Ömrünün 45 ilini kitabxana işinə sərf etmiş Cəmilə xanım sözün əsil mənasında işə yeni başlamış gənclərə analıq qayğısı ilə yanaşır, öz təcrübəsini onlarla bölüşürdü. Abunəçilərlə də mehriban ünsiyyət qurur, kitab seçməkdə onlara dəyərli məsləhətlər verirdi. Bilik xəzinəsinin sahibəsi hamının sevimlisi idi.
Biz – Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri səmimi, mehriban qadın, işgüzar yoldaş olan Cəmilə xanımın ölümündən kədərlənir, ailəsinə, qohumlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun.
İş yoldaşları

Şərh Yaz