Tədbirlər müxtəlif və maraqlı idi

Tədbirlər müxtəlif və maraqlı idi20 Yanvar xalqımızın tarixinə yazılmış qanlı, həm də şərəfli bir səhifədir. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi hər bir gəncin, yeniyetmənin yaddaşında ehtiram, inam, gələcəyə ümid və mübarizlik tərbiyə edir. Hər il bu mərd və mübariz insanların xatirəsi rayonumuzun ümümtəhsil məktəblərində böyük ehtiramla yad edilir, onların xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. İnşa yazı, rəsm, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar və sair tədbirlər bu qəbildəndir.
“20 Yanvar qan yaddaşımız” mövzusunda rayon məktəbliləri arasında keçirilən rəsm müsabiqəsində 50 nəfərdən artıq gənc rəssam iştirak etmişdir. Şəhərin 6 saylı tam orta məktəbinin XI sinif şagirdi Sevinc Əlağalı və 5 saylı tam orta məktəbinin X sinif şagirdi Bayram Mirzəlizadə müsabiqənin qalibi olmuşlar. Uştalqışlaq, Cülyan, Topçu kənd, şəhər 1, 3 və 7 saylı tam orta məktəbin şagirdləri həmin müsabiqədə fərqlənmişlər.
Tədbirlər müxtəlif və maraqlı idi“Vətəni sevmək azdır, onu qorumaq gərək” adlı ümumrayon tədbirində şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii, musiqili kompozisiya erməni vəhşiliklərinin iç üzünü bir daha kiçik tamaşaçılara nümayiş etdirdilər.
Müsabiqələrdə fərqlənmiş şagirdlər mükafatsız qalmamışlar. Onlara TİAHİ İsmayıllı Rayon Komitəsinin diplom və hədiyyələri təqdim edilmişdir.
Şəhər 1 saylı tam orta məktəbin şagirdləri internet saytlarına 20 Yanvar faciəsi ilə bağlı materiallar yerləşdirmişlər.
Bütün ümumtəhsil məktəblərində bu mövzuda xüsusi dərslər keçirilmiş, rayondakı Şəhidlər xiyabanı ziyarət edilmişdir.
Ş.Quliyeva,
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz