Yaddas kitabcasi

Şəhid ailələri ziyarət olundu

Şəhid ailələri ziyarət olunduYanvar ayının 20-də İsmayıllının Cümə məscidində rayonun dini icma rəhbərlərinin, ağsaqqalların və dinə bağlı ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmışdir. Tədbirdə 20 Yanvar, eləcə də torpaqlarımızın qorunması və azad olunması yolunda canlarından keçmış şəhidlərimizin ruhuna dualar oxunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlar üzrə Dovlət Komitəsinin bölgə üzrə əməkdaşı Rəhim Rəhimli iştirak etmişdir. Tədbiri giriş sözü ilə Cümə məscidinin imamı Ramil Abdulov açmışdır. Qurani-Kərimdən ayələr oxunduqdan sonra məscidin imamı 20 Yanvar hadisələrində Azərbaycan xalqının birlik və dəyanətindən danışmış, bu tarixin hüzn günü olması ilə bərabər bir fəxarət salnaməsi olmasından söz açmışdır.
Kürdmaşı, Topçu, Təzəkənd və Diyallı icma rəhbərləri tarixi günün digər məziyyətlərini dilə gətirmişlər.
Sonda 20 Yanvar hadisələri ilə bağlı video çarxa baxılmışdır. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 12 şəhid ailəsi ziyarət olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz