Yaddas kitabcasi

Bələdiyyə xəbərləri

Körpü təmir edildi
Şəhərin şimal hissəsindən keçən su kanalının üzərindəki körpülərdən biri də 30A məhəlləsindədir. Bu körpü ağır tonnajlı maşınların hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü, sakinlərin gediş-gəliş üçün təhlükəliydi. S.Mehdiyev küçəsinin sakinləri körpünün təmir edilməsi üçün şəhər bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyə lazımi hazırlıq işləri gördü, bu məqsədə vəsait ayırdı. Körpü qısa müddət ərzində təmir edilərək istifadəyə verilmişdir.
Körpünün təmiri təkcə S.Mehdiyev küçəsinin sakinlərini deyil, digər küçələrin sakinlərini də xeyli sevindirmişdir. Hazırda körpü əhalinin xidmətindədir. Buna görə sakinlər İsmayıllı Şəhər Bələdiyyəsinə minnətdarlıq edirlər.

Reklam lövhələri
Yəqin ki, hər birimiz şəhərin müxtəlif yerlərində – hasarlara, binaların divarlarına, ağaclara və digər yerlərə yapışdırılmış reklam və elanlara rast gəlmişik. İlk öncə onu qeyd edək ki, belə reklamlar şəhərin ümumi görünüşünü pozur, antisanitariya yaradır. İşin bu cəhətlərini nəzərə alan İsmayıllı bələdiyyəsi lazımi tədbirlər həyata keçirməyi qərara almışdır. Şəhərin müxtəlif yerlərində, əhalinin daha çox hərəkət etdiyi küçə və meydançalarda xüsusi reklam lövhələri qoyulması qərara alınıb. Reklam və elan verənlər, eləcə də maraqlananlar həmin lövhələrdən istifadə edə biləcəkdir.
Səidə Ələkbərova

Şərh Yaz