Yaddas kitabcasi

Azərbaycanı Ankarada təmsil etdik

Azərbaycanı Ankarada təmsil etdik29-30 dekabr 2012-ci il tarıxındə Türkiyənin paytaxtı Ankarada “I Başkənd Uluslararası Eğitən Qələm və Fırçalar Kitab Tanıtımı” tədbirində sənətsevərlər bir araya gəldilər.
Tədbirə bir neçə ölkə ilə yanaşı, Azərbaycan da dəvətli idi. Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Elmira Məmmədova ilə bu yazının müəllifi (filologiya elmləri namizədi, İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin dil-ədəbiyyat müəllimi təmsil etdilər. Hər bir yazar və ya şair sərgiyə iki çap olunmuş kitabı ilə qatıldı. Müəllifi olduğum “Şamaxı şairlərinin əsərlərində onomastik vahidlər” və “İsmayıllı – etnolinqvistik yaddaş” kitabları da digər yazarların kitabları ilə bir sırada idi.
Mətbuatdan, ədəbiyyat saytlarından tanış olan ədəbiyyatçılar, yazarlar canlı olaraq görüşüb kitablarını və fikirlərini mübadilə etməklə unudulmaz anlar yaşadılar.
Sənətsevərlərin böyük bir maraqla qatıldığı bu tədbirdə “STAR” TV-nin sevilən filmi “Məni əfv et”də baş roluun ifaçısı olan Ulviye Karaca, məşhur ədəbiyyatçı Prof. Dr. Hayrettin İvgin və məşhur rəssam Prof. Dr. Nur Gökbulut da tədbirdə idilər.
Prof. Dr. Hayrettin İvgin Azərbaycanda, o cümlədən İsmayıllıda olarkən yaddaşında qalanlardan bəhs etdi.
Sərgidə Türkiyə Kültür ve Turizm Bakanlığı adından Gözel Sənətlər Birliyinin müdir müavini Nihat Değirmenci ilə yanaşı, Milli Eğitim Bakanlığı, Ailə ve Sosial Politikalar Bakanlığı təmsilçiləri də iştirak edirdilər.
Azərbaycanı Ankarada təmsil etdikMünsiflərin dəyərləndirdiyi və seçdiyi şair-yazarlardan Prof. Dr. Hayrettin İvgin, Zekeriya Efiloğlu, Rana İslam Değirmenci, Coşkun Mutlu, Yasemin Tecimer, Sevda Gasimova, Şemsettin Ceran, Arzu Acar Taşçı, Gülten Ertürk, Gülseren Akdaş, Hüseyn Üstünsoy, Gülay Altınsoy, Elif Su Koçyiğit, Hamdi Ülker, Dilek Soysal, Elmira Məmmədovanın əsərləri,
Rəsm ustalarından Prof. Dr. Nur Gökbulut, Rabia Çalışkan, Yasemin Kozak, Sultan Özateş, Birsen Yılmaz, Banu Atik, İsmihan Z.Solmaz, Yalçın Ersoy, Ülkü Ahıska, Nazlı Er, Nevruz Erken, Reva Kabael, Şerife Yıldız Özkökün rəsm tabloları ev sahibliyi etdi.
Proqram Kültür ve Turizm Bakanlığı Klasik Türk Muziği konserti ilə başladı. USADER (Uluslararası Sanatçı və Edəbiyyatçılar Dərnəyi) Genel Başqanı Fatih Koca açılış məruzəsi etdi. Tədbirdə Məmur Dərnəkləri Federasyonu Genəl Başqanı Cengiz Özbay sənətə verilən önəmi vurğuluyaraq:
– Ölkəmizin sənətkarlarını ölkədə və beynəlxalq aləmdə tanıtmaq milli bir vəzifədir. Bu vəzifəni əsas götürərək ile qurulmasında əməyimiz olan Uluslararası Sənətçi ve Ədəbiyyatçılar Dərnəyimiz daha neçə beynəlxalq tədbirlərə imza atacaq. Əgər şərtlər imkan verərsə, önümüzdəki ildə bu tədbirin ikincisini Türkiyədən kənarda gerçəkləşdirmək istəyirik. Bu anlamla, yurd içindən, eləcə də xaricdən tədbirimizdə iştirak edən və bu toplantıya dəstək verən bütün insan və təşkilatlara təşəkkür edirəm, – dedi.
Uluslararası Sanatçı və Ədəbiyyatçılar Derneğyi Genel Başqanı Fatih Koca bu mövzu ilə əlaqədar düşüncələrini ifadə edərək:
– Ölkəmin insanı sənət zəngini, ölkəmin insanı sənət aşiqidir. Baxın, ölkənin dörd bir yanından, hətta xaricdən aramızda şair-yazar və rəssamlarımız var. Bu zənginliyin ortaya çıxmasına biz də töhfəmizi vermək istədik. Başda federasiyamıza dəstək verən bütün qurum və təşkilatlara təşəkkür edirik – dedi.
Tədbirin təşkilində mühüm əməyi olan və Azərbaycandan qatılanların sərgiyə cəlb olunmasında əsas təşəbbüskar olan pedaqoq-şair-yazar, layihələr koordinatoru Rana xanım Değirmenci işlədiyi Ankara Dədə Qorqud Liseyi ilə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı məktəbinin qardaş məktəb kimi əməkdaşlıq etmələrini istəməklə iki qardaş ölkə arasında təhsil və sənət əlaqələrinin davam etdirməkdə qərarlı olduğunu göstərdi.
Yadımda qalan daha bir məqam isə qısa adı USADER olan Uluslararası Sanatçı və Edəbiyyatçılar Dərnəyinin Azərbaycan təmsilçisi təyin edilməm oldu.
Sevda Qasımova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin müəllimi

Şərh Yaz