Yaddas kitabcasi

Vətənim Azərbaycan

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeni il ərəfəsində şəhər 6 saylı tam orta məktəbində “Vətənim – Azərbaycan” adlı gecə keçirildi. Tədbir öncəsi şagirdlər Dövlət himnini ifa etdilər.Hər bir azərbaycanlı üçün müqəddəs sayılan üçrəngli Dövlət bayrağımız Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında səhnəyə gətirildi.
Tədbirin təşkilatçısı, məktəbin qabaqcıl coğrafiya müəllimi Aidə Eyyubovanın dəvəti ilə rayonun digər məktəblərindən gələn müəllim və şagirdlər də iştirakçılar sırasında yer tutmuşdular.
Çıxış üçün məktəbin istedadlı şagirdlərinə söz verildi. Onlar Azərbaycanımızın gözəlliklərindən – təbii sərvətlərindən, tarixindən, tarixi şəxsiyyətlərindən, müdrik sərkərdələrindən, adət-ənənələrimizdən söz açdılar. Tədbirdə tariximizin müxtəlif mərhələlərini əks etdirən video görüntülər nümayiş etdirildi. Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Qurultaylarında söylədiyi nitqlərdən parçalar səsləndirildi.
Şagirdlərdən Murad Ağazadə, Aytac Həsənova, Aytən Ağayeva, Murad Abbasov, Mətanət İsgəndərli, Aytac İmamverdiyeva, Aytən Eyyubova və Lamiyə Şıxalıyeva “Çırpınırdı Qara dəniz” mahnısını məharətlə ifa edərək, həmin günü unudulmaz xatirəyə çevirdilər.
Gecədə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Şəkurə Quliyeva və digər qonaqlar çıxış edərək tədbirin hazırlanmasını yüksək qiymətləndirdilər, şagirdlərə həmişə vətənpərvər olmalarını arzuladılar.
Sonda məktəbin direktoru Qalib Bəşirov tədbirin təşkilatçılarına və tədbirdə iştirak edən qonaqlara təşəkkür və minnətdarlığını bildirdi. Məktəb rəhbərliyi tərəfindən gecənin təşkilatçısı və fərqlənən şagirdlər mükafatlandırıldı.
Vətənim AzərbaycanAzadə Kərimova

Şərh Yaz