İlin ən yaxşısı

İlin  ən yaxşısı2012-ci il artıq tarixə çevrilmişdir. İndi gələcək üçün fəaliyyət proqramları müəyyənləşdirilməli, nailiyyətlərin daha da artırılması üçün gərgin işlər görülməlidir. İndi səy və bacarığımızı bu işə səfərbər edirik. Arxada qoyduğumuz il kollektivimiz üçün nə ilə əlamətdar olmuşdur. İlk öncə onu qeyd edim ki, ili alnı açıq, üzü ağ yola salmışıq. Keçən ilin dekabr ayında Bakıda Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman ilinin yekunları ilə əlaqədar birgə keçirdikləri tədbirdə kompleksimiz respublikada ilin ən yaxşısı elan edilmişdir. Respublikada 35 kompleks arasında bu ada layiq görülməyimiz bizi çox sevindirir. Olimpiya Komitəsinin və nazirliyin Fəxri fərmanlarına layiq görülməyimiz işimizə verilən ən yüksək qiymətdir.İlin  ən yaxşısı2012-ci il artıq tarixə çevrilmişdir. İndi gələcək üçün fəaliyyət proqramları müəyyənləşdirilməli, nailiyyətlərin daha da artırılması üçün gərgin işlər görülməlidir. İndi səy və bacarığımızı bu işə səfərbər edirik. Arxada qoyduğumuz il kollektivimiz üçün nə ilə əlamətdar olmuşdur. İlk öncə onu qeyd edim ki, ili alnı açıq, üzü ağ yola salmışıq. Keçən ilin dekabr ayında Bakıda Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman ilinin yekunları ilə əlaqədar birgə keçirdikləri tədbirdə kompleksimiz respublikada ilin ən yaxşısı elan edilmişdir. İlin  ən yaxşısıRespublikada 35 kompleks arasında bu ada layiq görülməyimiz bizi çox sevindirir. Olimpiya Komitəsinin və nazirliyin Fəxri fərmanlarına layiq görülməyimiz işimizə verilən ən yüksək qiymətdir.
İsmayıllı Olimpiya- İdman Kompleksi fəaliyyətə başladığı gündən rayon gənclərinin və məktəblilərinin ən sevimli yerinə çevrilmişdir. Hazırda burada 13 idman növü üzrə 15 bölmə fəaliyyət göstərir. Bir rəqəm oxucularımızın marağına səbəb ola bilər. 2012-ciildə kompleksdə 64 idman tədbiri keçirilmişdir. Bu tədbirlərdə iştirak edənlərin sayı 4231 nəfər olmuşdur. Bunların 2850 nəfəri oğlan, 1381 nəfəri qızdır. Yaxşı haldır ki, idmana maraq göstərən qızların sayı get-gedə artmaqdadır. Bizim məqsədimiz də budur ki, qızların idmana cəlb edilməsinə daha çox diqqət yetirək. Deyəsən, buna nail də oluruq. İlboyu idman qurğularından istifadə edənlərin sayı da dediklərimizi sübut edir.
Kompleksdə müasir tələblərə cavab verən üzgüçülük hovuzu fəaliyyət göstərir. Üzgüçülük hovuzundan istifadə edən abunəçilərin sayı 1285 nəfərdir. Bu hal bizi çox sevindirir. Axı müasir gənclərimizin üzgüçülüyə maraq göstərməsi həm idman, həm də sağlamlıqdır. Əslində üzgüçülük vərdişləri olmayan gənclərimizin suda boğulmasına az rast gəlməmişik. İndi ən çox abunəçimiz də bu bölmədədir. Kim bilir, bir neçə ildən sonra bəlkə, bu bölməyə gələn gənclərdən tanınmış idmançılar çıxacaq.
Kompleksdə mini futbol bölməsinə 1280 nəfər gəlir. Böyük futbolla məşğul olanlar da az deyil.
İdmanın cüdo, karate, sərbəst güləş növləri də çox sevilən idman növlərindəndir. Təqdirəlayiq haldır ki, cüdo və sərbəst güləşə qızlarımız da böyük maraq göstərirlər. Cüdo üzrə məşğələlərə 380 nəfər, sərbəst güləş məşğələlərinə isə 245 nəfər qızın gəlməsi dediklərimizə yaxşı sübutdur.
Rayonumuzda idmanın ağır atletika növünə maraq həmişə olmuş və indinin özündə də var. Bu növün belə məşhurlaşmasında həmyerlimiz, bir sıra idman titullarının sahibi olan, ölkənin yüksək ordeninə layiq görülmüş Asif Məlikovun rolu böyükdür. İndi kompleksdə ağır atletika ilə məşğul olanlar üçün hər cür şərait yaradılmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək bizim üçün xoşdur ki, respublika ağır atletika komandası məsul yarışlara bizim kompleksdə hazırlaşır. Burada respublika səviyyəli yarışlar da keçirilir. Keçən ilin mart ayında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilmişdir. İdmançılardan 3 nəfəri qız olmuşdur. Həmin ilin aprel ayının əvvəlində yeniyetmələrin VIII respublika oyunlarının proqramına daxil olan ağır atletika üzrə oğlanlar arasında final mərhələsi keçirilmişdir. Yarışa 90 nəfər ağırlıq qaldıran qatılmışdır. Kompleksimiz Azərbaycan Ağır Atletika Federasiyasının da diqqət mərkəzindədir. Mart ayında ağırlıq qaldırma üzrə milli komanda burada təlim-məşq toplantısında olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, kompleksimizdə respublika Ağır Atletika Federasiyasının bazası yaradılmışdır.
Olimpiya kompleksində futbol və mini-futbolla məşğul olmağa yaxşı şərait var. Süni örtüklü müasir stadionda, mini-futbol meydançasında aprel və may aylarında U-15 və U-17 yaşlı qızlar arasında respublika birinciliyi təşkil edilmişdir. Bu yarışlar həm futbol, həm də mini-futbol üzrə baş tutmuşdur (U-15 və U-17 yaşlı qızlar arasında).
Azərbaycanın müxtəlif federasiyaları ilə əlaqələrimiz çox sıxdır. Ayrı-ayrı federasiyaların bizim kompleksdə yarışqabağı təlim-məşqlərə toplanması dediyimizə əyani sübutdur. 2012-ci il iyun ayında Yunan-Roma Güləş Federasiyasının yeniyetmələrdən ibarət yığma komandanın təlim-məşq toplantısı, qızlardan ibarət sərbəst güləş yığmasının məşqləri də bizim kompleksdə baş tutmuşdur. Bundan əlavə, Milli Parolimpiya Komitəsinin cüdo, kamandan oxatma idman növləri üzrə yığmalar da bizdə təlim-məşqdə olmuşlar. Kompleksimizdə bir sıra digər yarışlar, təlim-məşqlər baş tutmuşdur. Bütün bunlar haqqında tam təfsilatı ilə yazmağa imkanımız yoxdur. Qısaca onu demək kifayətdir ki, həmin yarışlar, təlim-məşqlər çox yüksək səviyyədə keçmiş və hamı da bizdən razı getmişdir.
Kompleksdə idmanın basketbol, voleybol, həndbol və akrobatika növləri ilə məşğul olmağa geniş imkanlarımız var. 540 nəfər kompleksin trenajor zalından istifadə edir.
İlin  ən yaxşısıKeçən ilin ikinci yarısından sonra kompleksdə bədii gimnastika bölməsi fəaliyyətə başladı. Altı ay ərzində bu bölməyə 270 nəfər kiçik yaşlı uşaq cəlb edilmişdir. Məşğələləri Bakıdan dəvət etdiyimiz mütəxəssis aparır. Qısa müddət ərzində bu idman növünə maraq göstərənlərin sayı artmışdır.
Olimpiya kompleksində idman yarışlarına, təlim-məşq toplantısına gələnlər üçün lazımi şərait də yaradılmışdır. Buradakı ikimərtəbəli kotteclər qonaqların ixtiyarına verilmişdir. Otaqlarda hər cür məişət şəraiti var. Bizə gələn hər bir qonaq buranı razılıqla tərk etmişdir. Olimpiya kompleksinin həyəti də ürəkaçandır. Buradakı yaşıllıqlar göz oxşayır və mənzərəni görən hər kəs özündə bir rahatlıq hiss edir.
İl ərzində kompleksdə məşğul olan abunəçilərin və idman tədbirlərində iştirak edən idmançıların sayı 11815 nəfər olmuşdur. Bu rəqəm il-ildən artmaqdadır.
İlin ən yaxşı idman kompleksi adına layiq görülməyimiz kollektivimizi xeyli sevindirmişdir. Bununla belə, bu ad bizim üzərimizə böyük məsuliyyət qoyur. Onu qoruyub saxlamaq daha çətindir. Ona görə də biz daha yaxşı çalışmalı və sübut etməliyik ki, bu ad bizə heç də təsadüfi verilməyib. İlin ilk günündən işə daha böyük ruh yüksəkliyi ilə başlamışıq.
İlin  ən yaxşısıTofiq Hümbətov,
İsmayıllı Olimpiya-İdman Kompleksi MMC-nin direktoru

Şərh Yaz