Yaddas kitabcasi

Təbrik edirik

Təbrik edirikHər gün axşam ağır iş gününü başa vurub evə gələndən sonra az qala saatın əqrəblərini irəli çəkib səhərin açılmasını tezləşdirmək istəyirəm.
Çünki, artıq hər səhər 6:30-dan İsmayıllı Olimpiya-İdman Kompleksinin qapıları üzümüzə açıqdır. Mənim kimi çoxlu idmançı, sağlamlığı sevən insanlar bu kompleksə axışırlar və öz fiziki sağlamlıqlarına uyğun idman növləri ilə məşğul olurlar.
48 yaşım var, həkiməm. 12 yaşımdan idmanın sambo və cüdo növləri ilə məşğul olmuşam. Bugünkü sağlamlıq tərzimi saxlamaq üçün hər gün İsmayıllı Olimpiya-İdman Kompleksinə gedirəm. Nə vaxtsa idmandan uzaqlaşacağımı heç ağlıma gətirmirəm. İdman mənim həyatım, stimulum, xoşbəxtliyimdir.
Bəli, bu gün İsmayıllı camaatına bu xoşbəxtliyi bəxş edən dövlətimizə, hörmətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Bu gün həmin kompleksdə yaradılmış gözəl şəraiti, səliqə sahmanı qoruyub saxlayan kompleksin kollektivinə çox sağ olun deyirik. 2012-ci ildə “İlin ən yaxşı Olimpiya-İdman Kompleksi” adına layiq görülməsi münasibəti ilə kompleksin bütün kollektivini təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayırıq.
Fikrət Osmanov,
İsmayıllı Uşaq xəstəxanasının baş həkimi

Şərh Yaz