Hər birimizi sevindirir

Hər birimizi sevindirir
Azərbaycanda bədən tərbiyəsi və idmanın sürətlə inkişaf etməsi, bu sahədə böyük uğurların qazanılması ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatının diqqətdən kənarda qalmadığını bir daha göstərir. Danılmaz faktdır ki, ölkəmizin rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin yorulmaz və səmərəli fəaliyyəti Azərbaycan idmanının tərəqqisinə gətirib çıxarmışdır.
Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı sayəsində qısa müddətdə respublikamızın paytaxtında və regionlarında yeni-müasir standartlara cavab verən olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi ölkəmizdə idmanın inkişaf etdirilməsinə və gənclərin sağlam böyüməsinə geniş imkanlar açdı. Çox keçmədi ki, idmana verilmiş bu töhfələr öz nəticələrini verdi. Azərbaycan idmançıları olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, digər mötəbər Beynəlxalq turnirlərdə uğurlar qazanaraq vətənə yüzlərlə medal gətirdilər, dünya ölkələrində Azərbaycanın bayrağını qaldırmağa, himnini səsləndirməyə müvəffəq olmuşlar.
Hər birimizi sevindirirBildiyimiz kimi, ölkə başçısı – MOK-un prezidenti İlham Əliyev 2012-ci ili “İdman ili“ elan etmişdir. 2012-ci il yay Olimpiya oyunlarında idmançılarımızın qazandığı uğurlarda az da olsa bizim kompleksin də payı vardır. Medal qazanmış idmançıların kompleksin bazasında təlim-məşq toplantıları keçmələri, onlar üçün yaradılan yüksək şərait sonda öz nəticəsini verdi. Məlum olduğu kimi, 2009-cu il oktyabr ayının 29-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə İsmayıllı Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Açılış mərasimində Prezidentin İsmayıllı ziyalıları və idmançıları ilə görüşündə bizə verdiyi tapşırıqlar və tövsiyələr bu gün işimizdə bir çox uğurlara səbəb olmuşdur.
2012-ci ildə qazanılan idman uğurları bizim hər birimizi sevindirir. İsmayıllı Olimpiya-İdman Kompleksi istifadəyə verilən gündən bu günə qədər uğurlarımızın sayı gündən-günə artır. Kompleksdə müxtəlif idman növlərində məşğul olan idmançılarımızın və eləcə də abonentlərin sayı artmaqda davam edir. Əlbəttə, əvvəllər şəraitin olmaması, idmançıların primitiv zallarda məşğul olmaları rayonda idmanın inkişafına öz mənfi təsirini göstərirdi. Hər bir rayon sakininin arzusu bu idi ki, rayonda standartlara uyğun idman kompleksi tikilsin.
Danılmaz faktdır ki, İsmayıllı Olimpiya-İdman Kompleksinin tikilməsində rayon təşkilatlarının əməyi böyükdür. 2006-cı ildə rayon idmançıları ilə görüşdə RİH başçısı Nizami müəllim tezliklə rayonda Olimpiya-İdman Kompleksinin tikintisinə başlanacağını bildirmişdir. Çox keçmədi ki, 2007-ci ildə İdman Kompleksinin təməli qoyuldu. 2009-cu ilin oktyabr ayında idman kompleksi təhvil verildi. Bu gün rayon idmançılarına rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını hər bir idmançı hiss edir və idmanla daha həvəslə məşğul olur. İdmançılara göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılar heç bir çətinliklə üzləşmir, idmanın müxtəlif növləri ilə sərbəst məşğul olurlar.
Namiq Kərimov,
təlimatçı-metodist

Şərh Yaz