Qaranlıq gecə, işıqlı səhər

Qaranlıq gecə, işıqlı səhər
Yanvar ayının 18-də Basqal qəsəbə tam orta məktəbində 20 Yanvarla bağlı keçirilən tədbirin adının belə qoyulması heç də təsadüfi olmamışdır. Tədbirdə şagirdlərə izah olunmuşdur ki, Qanlı Yanvar adlandırdığımız həmin gecədən müstəqilliyimizə və suverenliyimizə işıq düşdü. Qorxmayan, düşmənin silahlı ordusunun qabağına əliyalın çıxan xalq öz gücünü, qüdrətini və birliyini nümayiş etdirdi. Şəhidlər versək də milli qürurumuzun möhkəmliyini göstərə bildik.Qaranlıq gecə, işıqlı səhər

Yanvar ayının 18-də Basqal qəsəbə tam orta məktəbində 20 Yanvarla bağlı keçirilən tədbirin adının belə qoyulması heç də təsadüfi olmamışdır. Tədbirdə şagirdlərə izah olunmuşdur ki, Qanlı Yanvar adlandırdığımız həmin gecədən müstəqilliyimizə və suverenliyimizə işıq düşdü. Qorxmayan, düşmənin silahlı ordusunun qabağına əliyalın çıxan xalq öz gücünü, qüdrətini və birliyini nümayiş etdirdi. Şəhidlər versək də milli qürurumuzun möhkəmliyini göstərə bildik.
Tədbirin keçirildiyi gün şagirdlərlə Basqal qəbiristanlığında uyuyan şəhidlərimizin – Rəmzi Novruzovun, Fəxrəddin Ağayevin və İbrahim Hüseynovun məzarlarını ziyarət etdik, qəbirlərin üzərinə gül dəstələri düzdük. Fəal şagirdlər qəhrəmanlığı, azadlığı və istiqlaliyyəti tərənnüm edən şeirlər söylədilər.
20 Yanvar şəhidləri ölümləri ilə Azərbaycan tarixinə zəfər salnaməsi yazmışlar.
Allah şəhidlərimizə rəhmət eləsin.

Şərh Yaz