İradi keyfiyyətlərin yoxlanmasına aid test

Təlimat: aşağıda göstərilən suallara ən qısa vaxt ərzində səmimi cavab verməyə çalışın.
1. Hər hansı bir qərarı müstəqil qəbul edə bilirsinizmi?
A) Hə B) Yox
2. Bir işə başlayarkən onu axıra çatdırmağa qadirsənmi?
A) Hə B) Yox
3. Mərcləşdiyin hər işi yerinə yetirirsənmi?
A) Hə B) Yox
4. Çətin mübarizələrdən çəkinirsənmi?
A) Hə B) Yox
5. Hüquqlarını müdafiə edə bilirsənmi?
A) Hə B) Yox
6. Həmişə hər yerdə haqlı ola bilirsənmi?
A) Hə B) Yox
7. Hirsini qarşı tərəfə etiraf etməkdən çəkinirsənmi?
A) Hə B) Yox
8. Mübarizəni sevirsənmi?
A) Hə B) Yox
9. Görüşlərə gecikmədiyin düzdürmü?
A) Hə B) Yox
10. Nailiyyətlər əldə etməyə özündə güc hiss edirsənmi?
A) Hə B) Yox
11. Gələcəyə optimist yanaşırsan?
A) Hə B) Yox
12. Sənə cəsarətli demək olarmı?
A) Hə B) Yox
13. Ətrafdakı insanların sevgisini qazandığına əminsənmi?
A) Hə B) Yox
14. Rəqiblərinə tez-tez qalib gəlirsənmi?
A) Hə B) Yox
15. Səni özünə dost hesab edən çoxdurmu?
A) Hə B) Yox
16. İşi həll etmək üçün dəfələrlə qəbul edilmədiyiniz yerə yenə də gedirsən?
A) Hə B) Yox
Nəticələrin yoxlanması:
3, 6, 9, 13-cü suallara “Hə” cavabı səmimiyyətdən kənardır.
“Hə” cavablarının sayı 0-5 arasında olarsa, iradi keyfiyyətlər zəifdir.
6-11 arasında olarsa orta, 11-dən çox olarsa, iradi keyfiyyətlər yüksəkdir.
Toplayanı:
Əsgər Manafov,
İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin müəllimi

Şərh Yaz