Gecikmiş qisas

Firuzə Çiçək

(əvvəli ötən saylarımızda)
Nataşa qətiyyətlə onun düz gözlərinin içinə baxdı:
– Azərbaycanlısan! İnan mənə. Bunu Abovyan, Mov¬¬ses, bir də Hakopdan başqa heç birimiz bilmirdik. Amma gəl¬diyiniz gün sən anbardan çıxandan sonra, Hakop məni saxladı. Biz də həqiqəti eşidəndə çox təəccübləndik. – udqunub yenə dodağını islatdı – Səni Xocalıda əsir götürüblərmiş. Ailənin üzvlərindən sən¬dən başqa bir də nənən sağdır. Hakop dedi ki, əsirlikdə hər dəfə məni görəndə “Nəvəmi sən öldürdün” deyib, çığı¬rır, qarğış edir.
Sergey udqundu, özünü tamam itirdi. Danışa bilmədi, əlilə Nataşaya sus¬ma¬ğı əmr etdi. Dəhşət onu bürümüşdü.
Hə, özüdür ki var, çox gö¬zəl xatırlayır o qadını. Neçə dəfə Hakop onu döyməyi əmr et¬mişdi Sergeyə. Özü də baxıb, ürəkdən gülürdü. Birdən-birə özü¬nə yazığı gəldi. Bədəni süstləşdi. Nənəsi, yazıq nənəsi. Heç ağ-lına da gəlməyib ki, yasını saxladığı nəvəsi ona əl qaldırır. Ta¬leyin qəribə oyununa bir bax. Yox, bunda yalnız şeytan əli ola bilərdi. Hakop lap iblisin özü imiş!…
Nataşa ağladı:
– Sergey, inan mənə, hamısını…
– Danış! – bu dəfə gözündən qığılcım yağırdı.
Nataşanın dili to¬puq vurdu:
– Hə, həə… Nənəni elə… Bildin da, əsirlikdədir. Qalanları barə¬də heç nə bilmirəm. Hə, bir də anan… – bir az susdu.
Sergey cəld döndü:
– Danış hər şeyi!!!
– Deyir, çox gözəl qadın olub. Lap çox… Hakop onu ələ keçirmək is¬¬təyib, amma anan ələ keçməmək üçün bıçağı ürəyinə sancıb. Ha¬kop səni də öldürmək istəyib. Əvvəl ağlamısan, amma Ha¬ko¬pu görəndə sakit olub düz gözlərinə baxmısan. Amma nəsə qəribə baxmısan. Bil¬mirəm o alçaq onda nə düşünüb, amma bu gün üçün səni aparıb er¬¬məni kimi böyüdüb. Hətta Abovyanla mərc gəliblərmiş. Yəni…
Sergeyin dəhşət, dözülməz nifrət, qəzəb, əzab dolu gözlərini gö¬rüb bir anlıq susdu və sözünü bitirdi:
– Yəni Hakop atan yox, ailənin qatilidir! Səndən istifadə edib öldürmək istəyir. Mənə əmr verilib ki, sabah bombanı səni gözləmədən işə salım… İnan mənə Sergey, qaçaq. Qaçaq burdan! Bezmişəm, iyrə¬ni-rəm bunlardan. Mənim də atam azərbaycanlı olub. Çox yaxşı insan idi. Məni lap çox istəyirdi. Sizə nifrət etmirəm, heç vaxt da eləməmişəm. Mənim də atamı Abovyan öldürüb, qatillər içində qalmışam. Həmişəlik gedək burdan, yalvarıram sənə. Axı niyə susursan?
Bayaqdan qanla dolmuş gözlərini bir nöqtədən çəkməyən, yum¬ruqlarını bərk-bərk düyünləmiş Sergey kiplənmiş dodaqla¬rı¬nı quru-quru tərpətdi:
– Saat neçədir?
Nataşa təəccüblə saata baxdı:
– 3-ün yarısı.
Sergey yumruğunu zərblə oturacağa çırpıb, ayağa qalxdı. Hər şey, bütün səhnələr gözləri önündə bir-birlərini əvəz etmə¬yə başlamışdı.
Hər dəfə atasının hirslənən kimi ona “düşmən” deməsi, Ab¬ov¬yanın atmacaları, Zoyagilin sonradan gözlənilməz dəyişikliyi, onun Ru¬siyadakı xüsusi hazırlıqları, mənalı baxışmalar, Hakopun qə¬ribə nəzərləri – hamısı, hamısı indi aydınlaşmağa başlayırdı…
Hirslə geriyə baxmadan addımladı:
– Evə gedirik.
Nataşa dəhşətlə dilləndi:
– Nə? Heç vaxt! Mən ora qayıtmayacağam.
Sergeyin qaşları səyridi. Hiss olunurdu ki, özünü ələ al¬maq¬da çətinlik çəkir:
– Gedək evə, sənə heç nə olmayacaq!
Nataşa ağlamağa başladı. Çox qorxurdu. Sergeyin qolundan bərk-bərk tutub yalvarmağa başladı:
– Sergey, yalvarıram, ölümü gözə alıb qayıdardım. Amma özün¬dən xəbərin yoxdur. Sən heç cür dayana bilməyəcəksən. İki¬mizi də öldürəcəklər.
– Yox, Nataşa, yox! Öldürməmiş ölməyəcəm!
– Sergey, məni öldürəcəklər. Buna əmin ol, mütləq öldürə¬cək¬lər. Sevgimin əvəzini verirsən?
Sergey qolunu onun əlindən çıxarıb bir az getdi. Nataşa qor¬xu¬dan yerə çökmüşdü. Tir-tir əsirdi, rəngi ağarmışdı. Serge¬yin birdən-birə qıza elə yazığı gəldi ki. Əslində anası erməni olsa da, damarlarından türk qanı da axırdı. Bəlkə də elə bu idi Ser¬ge¬yi xilas edən…
Qayıdıb Nataşanı qaldırdı. Onun üzünü əlləri arasına aldı:
– Nataşa, dediklərin doğrudursa, sən məni xilas etmisən. Mə¬¬ni vicdan əzabından qurtarmısan. O dünyada çəkməli olsay¬dım belə. Niyə bunu elədin?
Nataşa qəflətən hönkürüb Sergeyi qucaqladı:
– Sergey, sən bilmirsən! Heç nə bilmirsən! Mənim səndən elə-belə xoşum gəlmir. Səni ən birinci görəndən anladım ki, sə¬nin¬lə tamam başqa cürdür. Səni sevirəm, çox sevirəm! Tam sə¬mi¬mi, təmənnasız sevirəm. Sənə nəsə etsələr mən ölərəm. – Nataşa içini çəkdi. – Sergey, mən pis adam deyiləm, pis deyiləm. Məni belə böyüdüblər, belə öyrədiblər. Mən istəmirəm kimlərisə öldürsünlər. Siz azərbaycanlılar pis adam deyilsiz, bunu bilirəm.
– Sakit ol, ağlama! – Sergey onu qucaqladı.
Nataşa daha da kövrəldi. Üzünü Sergeyin sinəsində gizləyib hıçqırdı:
– Mən pis olmaq istəmirəm! İnan, anamın erməni olduğun¬dan xəcalət çəkirəm. Kaş atam sağ olaydı.
Sergey dişlərini sıxıb ona sığınmış, damarında türk qanının qa¬rışığı olan bu qıza sakitliklə baxırdı. Onun ürəyi çox yumşaq idi…
Nataşanın türk qanı erməni qanını üstələmişdi sanki, öz xü¬su¬siyyətini qabartmışdı elə bil…
-Nataşa, sakitləş! – Sergey onun çiynindən tutdu – sən get evə, de ki Sergey bəzi şeyləri nəzərdən keçirib qayıdır. Sabahkı əmə¬liyyata mükəmməl hazırlıq üçün, hər şeyi son dəfə nəzər¬dən keçirib qayıdacağımı de. Onları inandır.
– Birdən şübhələnsələr?
-Narahat olma, dediyim kimi elə. Mənə güvən, sən onları in¬an¬dırmağı bacararsan. Amma ehtiyatlı, diqqətli ol. Elə təsəvvür elə ki, heç bu söhbət olmayıb.
– Bəs sən hara gedirsən?
Sergey ətrafa baxdı:
– Məndən narahat olma! Nataşa, heç nədən qorxma. Sənə heç bir zərər dəyməyəcək. Sən xilas olacaqsan. Heç nədən qorx¬¬ma. Mənə söz verirsən?
Nataşa burnunu çəkə-çəkə, başını tərpətdi. Bir az gedib, dön¬dü. Sergey hələ də həminki yerdə dayanıb, onun arxasınca baxırdı. Nataşa onu baş¬dan-ayağa süzdü:
– Sergey, məni heç vaxt tək qoyma! Səni gözləyəcəm. Arxamca qayıt.
Sergey qaşlarını düyünləyib ötkəm səslə:
– Mütləq qayıdacam! Sən get! – deyib geri döndü.

***
Soraqlaşıb birtəhər tapdı. Qarşısında dayandığı binanı ətraflı süz¬üb, dərindən nəfəs aldı. Böyük hərflərlə yazılmış adını dodaq¬altı oxudu:
– Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi…
Xeyli sorğu-sualdan, yoxlanışdan sonra, nəhayət ki, onu bayaqdan tələb etdiyi rəhbərin yanına apardılar.
Geniş masa arxasında əyləşmiş kostyumlu şəxs eynəyinin üstündən qarşısındakı hündürboylu, yaraşıqlı, möhkəm əzələli, iti və qurd baxışlı oğlanı süzüb soyuq və sərt dilləndi:
– Nə hay-küy salmısan?
Tanımadıqları ona “sən”lə müraciət edəndə heç xoşlanmırdı. Özü də bu tərzdə. Sergey kobud cavab verdi:
– Əvvəla “sən” yox, “siz”! İkincisi, mən də bunu izah etməyə gəlmişəm.
Eynəkli adam eyni tonda, lakin bir qədər təmkinlə dedi:
– Oğlan, bura hoqqabazlıq yeri deyil. Mənimlə görüşməyə bö¬yük səbəb gətirmisiniz. Obrazsız və konkret danışın!
Sergey sakit səslə dilləndi:
– Yoldaşlarımla mən Ermənistandan göndərilmiş xüsusi tə¬lim keçmiş terrorçularıq. Sabah kütlə arasında iki böyük terror əməliyyatı keçirəcəyik. Əlbəttə, qarşısını almasanız… – son cümləni elə təmkinlə dedi ki, sanki başqası haqqında danışırdı.
Sergeyi içəri gətirən əməkdaşla stol arxasındakı kişi təə¬c¬cüb¬lə baxışdılar. Eynəkli kişi tez də baxışını çəkib Sergeyi süz¬dü.
İşlədiyi müddət az deyildi və bu müddət ərzində kifayət qə¬dər qəribəliklərlə və gözlənilməzliklərlə qarşılaşmışdı. Ona görə təmkinini pozmadan əmr verdi:
– Ətraflı və dəqiq, dəlillərlə məlumat ver!
Sergey dönüb arxasında dayanan əməkdaşa ötəri baxıb, kişiyə tərəf çev¬rildi:
– Təklikdə danışmaq istəyirəm. Heç kəsə etibar etmirəm indi.
Eynəkli adam yenə sərtləşdi:
– Oğlan, bura küçə deyil!
– Sergey dediyini özü anlasa da, pərtliyini üzə vurmadı. Əv¬vəl¬cə Nataşanın ona danışdıqlarını, sonra isə Hakopu atası kimi tanıdığı illəri, sənədləşdirmə hazırlıqlarını, buradakı əlaqələr, terrorun planlarını, növbəti əməliyyatın təxmini vaxtını – hamı¬sı¬nı danışdı. Onu diqqətlə süzən eynəkli kişinin arabir verdiyi sual¬larını da cavablandırırdı.
Amma eynəkli kişi qarşısındakı bu gəncin danışdıqlarına hə¬lə də şübhə ilə yanaşırdı. Lakin gecikmək olmazdı. Təcili ha¬zır¬lıq görülməli idi. Onu maraqlandıran əsas məsələ, erməni¬lə¬rin burada kimlərlə əlaqəsinin olması idi. Çünki, eyni şey tək¬rar¬lana bilərdi.
Sergey birdən dilləndi:
– İmkan yaratmamalıyıq ki, onlar sabaha çıxsınlar. Əgər iş başında yaxalamaq istəyirsinizsə, əsla alınmaz. Yaxşı tanı¬yı¬ra¬m onları.
Eynəkli kişi bu dəfə əsəbiləşdi. Onsuz da eşitdikləri əhvalını qarışdırmışdı. Axı necə olub ki, Azərbaycana belə rahatlıqla keçiblər? Bu tülkülər şübhə ya¬rat¬mamaq üçün hər vasitədən istifadə ediblər.
Sergey ayağa qalxdı:
– Mən qayıtmalıyam, yoxsa şübhələnəcəklər.
Kişi qaş-qabağını tökdü:
– Çox özbaşınasan…
Sergey eyni sərtliklə:
– “Sən” yox, “siz”!
Eynəkli kişi qarşısındakı mərd baxışlı oğlanı süzüb, bir qə¬dər yumşaqlıqla:
– Sizi də özümüzlə aparacağıq. Bu günün işini sabaha qoy¬maz¬lar! Nə qədər ki, xəbər tutub aradan çıxmayıblar, hamısını ələ keçirməliyik. Siz qızla əlaqə saxlayın, biz sahəni mühasirəyə alacağıq. Qıza tapşırın, hamı bir nəfər kimi orada olanda xəbər eləsin.
Sonra üzünü Sergeyi gətirən əməkdaşa tutdu:
– Cəfərov, təcili dəstəni əməliyyata hazır et! Hamını da xəbərdar elə ki, tülkü ovuna çıxırıq, ilan ovuna çıxırıq. Qoy hazırlıqlı olsunlar!…
Sergeyin telefonunun zəngi Komandirin sözünü kəsdi. Sergey ekrana bax¬ıb zəngi qəbul etdi.
Zəng edən Nataşa idi. Görünür ehtiyatlandığı üçün astadan danışırdı:
– Sergey, hardasan bilmirəm, amma xahiş edirəm, tez gəl! Səni nədənsə yaman çox so¬ruşurlar. Əsas da Abovyan. Hər dəqiqə atmaca atır.
Sergey karıxdı:
– Narahat olma, sən çalış ki, yoluna qoyasan. Nataşa, sənə tapşırığım olacaq. Mənə kömək eləməlisən. – Sergey ötəri komandirə nəzər saldı. – Ha¬mı bir yerə yığışan kimi mənə təcili xəbər elə. Ehtiyatlı ol am¬ma.
Nataşa susdu.
– Nataşa! Ordasan? Alo…
Nataşa pıçıldasa da, təşvişli idi:
– Səs gəldi, ona görə susdum. Hə, eşitdim, mənə etibar eləyə bilər¬sən. Hə, bir də… – ani susdu – Sergey, səndən söhbət salıb nənən haqqında bir-iki şey öyrənmişəm.
Sergey tutuldu:
– Nəyi?
– Adı Gülsümdür. Kafanda xalça sexində işləyir indi. Sergey nə deyəcəyini bilmədi. Bircə kəlmə deyə bildi:
– Sənə borcluyam, Nataşa! Dediyimi də unutma, hamı top¬laşan kimi xəbər elə mütləq.
Nataşa pıçıldadı:
– Yaxşı, Sergey, məni apar amma…
– Aparacam, qorxma! Ehtiyatlı ol!
– Yaxşı, sən də.
Sergey telefonu bağladı:
– Xəbər edəcək!
(Ardı var)

Şərh Yaz