Təşəkkür məktubu

Təşəkkür məktubu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə məktəb, idarə, müəssisə və təşkilatlarda deyil, ordu hissələrində də təntənə ilə qeyd edilir. Bu həmrəylik tələbədən tutmuş fəhləyə, alimdən tutmuş iş adamına, əsgərinə qədər, bir sözlə, bütün azərbaycanlılara lazımdır. Belə tədbirlərdən biri də N hissəsində keçirilmiş, xidmətdə xüsusilə fərqlənənlər mükafatlandırılmışdır. Onlardan biri də həmyerlimiz İlkin Səttarlıdır.Təşəkkür məktubu

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə məktəb, idarə, müəssisə və təşkilatlarda deyil, ordu hissələrində də təntənə ilə qeyd edilir. Bu həmrəylik tələbədən tutmuş fəhləyə, alimdən tutmuş iş adamına, əsgərinə qədər, bir sözlə, bütün azərbaycanlılara lazımdır. Belə tədbirlərdən biri də N hissəsində keçirilmiş, xidmətdə xüsusilə fərqlənənlər mükafatlandırılmışdır. Onlardan biri də həmyerlimiz İlkin Səttarlıdır. Hərbi hissənin komandiri İlkinin atası Asimana ünvanladığı təşəkkür məktubunda yazır:
Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, oğlunuz Səttarlı İlkin Asiman oğlu qısa müddət ərzində özünü nizam-intizaml, qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş döyüş texnikasını və silahı mükəmməl öyrənib, azğın düşmənin məhvi üçün imkanlarından məharətlə istifadə etməyə hazırdır.
Əla xidmətinə və nümunəvi nizam-intizamına görə dəfələrlə komandanlıq tərəfindən təşəkkür alıb. Oğlunuz Səttarlı İlkin qısa müddət ərzində özünü nizamlı- intizamlı, suveren, müstəqil Azərbaycanın dövlət mənafeini müqəddəs tutaraq, torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu layiqincə yerinə yetirir.
Hörmətli valideyn!
Vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olan Səttarlı İlkin Asiman oğlunu tərbiyə edib böyütdüyüzünə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, uzun ömür, ailə firavanlığı, halal və nəcib əməyinizdə uğurlar arzulayırıq.
Hərbi komandanlıq və şəxsi heyət adından hörmətlə:
Elçin Hacıyev,
Polkovnik-leytenant, N saylı hərbi hissənin komandiri
İnanırıq ki, yaxın gələcəkdə İlkin kimi oğullarımızın hünəri sayəsində torpaqlarımız erməni təcavüzündən azad ediləcəkdir. Bu gün heç də uzaqda deyil.

Şərh Yaz