5 yaşın mübarək, “İsmayıllı xəbərləri”

Bir sıra qəzetlər vardır ki, onların çıxma tarixinə görə “İsmayıllı xəbərləri” çox gəncdir. Lakin qəzetin müntəzəm çıxması, mövzu bolluğu, gözəl tərtibatı, səmimi, qərəzsiz yazıları və bir sıra digər üstün cəhətləri ilə bu qəzet Azərbaycan mətbuatı ailəsində xüsusu çəkiyə, hörmətə və yerə layiqdir.
Uzun illər mətbuatda çalışdığımdan bu sahə üzrə bolgələrdə olan problemlərə bələdəm. “İsmayıllı xəbərləri”nə dəstək olanları alqışlayır, yaradıcılarına başladıqları bu çətin və şərəfli yolu uzun illər uğurla etməyi arzulayıram.
Daşdəmir Əjdəroğlu,
Bakı şəhəri

——-
İşıq üzü gördüyü 5 il ərzində “İsmayıllı xəbərləri” İsmayıllı təhsilində baş verən yenilikləri, respublikamızda təhsil sahəsində gedən islahatların işıqlandırılmasında göstərdiyi davamlı fəaliyyətə görə ziyalılarımızın, xüsusilə də müəllimlərimizin sevimli qəzetinə çevrilmişdir. Kiçik yubiley münasibəti ilə “İsmayıllı xəbərləri”ni təbrik edir, redaksiya heyətinə yeni uğurlar arzulayırıq.
Rasim Orucov,
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

——

Qəzet mənsub olduğu ərazinin aynasıdır. Bəlkə də elə buna görədir ki, hər dəfə abunə olduğumuz qəzetləri alanda arasında “İsmayıllı xəbərləri”nin olub-olmaması ilə maraqlanırıq. Bu qəzet gözlərimiz önündə 5 yaşa çatdı.
Oxucusu olduğum qəzetin bunca sevilən və oxunaqlı olmasından fərəh duyuram. Ümidvaram ki, ildən ilə təcrübə toplayan yazarları gələcəkdə onun daha yüksək tirajlarla çapına nail olacaqlar. 5 yaşın mübarək, “İsmayıllı xəbərləri”.
Hacıməmməd Məmmədov,
qəzetin ictimai müxbiri

Şərh Yaz