Daim diqqət yetirilir

Daim diqqət yetirilirHər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilmişdir. Bu günün elan olunmasının məqsədi – insan hüquqlarına tam və bərabər riayət edilməsinə və əlillərin cəmiyyətin həyatında iştirakına nail olmaqdır.
Dekabrın 3-də Ismayıllıda rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzi İsmayıllı rayon Şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü qeyd edilmişdir.
Rayonda əmək, İkinci Dünya müharibəsi, Qarabağ müharibəsi, Çernobıl əlilləri və digər ictimai təşkilatlar, müxtəlif fiziki qüsurları olan insanları birləşdirən qurumlar fəaliyyət göstərir. Yüzə yaxın müxtəlif dərəcəli əlil şəhərin “Qala” restoranında toplaşmışdı.
Tədbiri giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov qeyd etmişdir ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi məsələləri prioritetə çevrilmişdir. R.Əhmədov əlillərin sosial müdafiəsi sahəsində dövlətin gördüyü tədbirlərdən bəhs edərək demişdir ki, yalnız prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi şəhidlərinin və əlillərinin ailələri üçün 3 yaşayış binası istifadəyə verilmişdir. Bir çoxlarına “Oka” minik avtomobilləri verilmiş, təqribən yüz nəfər müxtəlif dərəcəli əlil respublikanın tibb mərkəzlərində reabilitasiya kursu keçmişdir. Natiq demişdir ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam sosial inteqrasiyası üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini bir daha təsdiq edir.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Lətifə Əliyeva Beynəlxalq Əlillər Günü və bu sahəyə ölkə, eləcə də rayon səviyyəsində göstərilən diqqət və qayğıdan geniş söz açmış, son bir neçə ildəki nailiyyətlərə diqqət yönəltmişdir.
Daim diqqət yetirilirTədbirdə çıxış edən Azərbaycan Vətən Müharibə Veteranları Birliyi İsmayıllı rayon Şöbəsinin sədri Ravid Pənahov, Qarabağ müharibəsi veteranı Ramiz Səfərov əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə Prezidentinə, rayonun bir sıra təşkilatlarına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə iştirak edən RİH başçısının müavini Əzizə Vahabova Azərbaycanda gedən inkişafa uyğun olaraq əlillərə göstərilən diqqət və qayğıda da kifayət qədər müsbət dəyişikliklər və inkişaf olmasdından söz açdı, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Daim diqqət yetirilirTədbirin iştirakçıları üçün nahar süfrəsi açılmışdır. Tədbir boyu rayon Mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir. Müğənni Sahibə Abdullayevanın, Piralı Şıxıyevin, aşıq Yanvar Bədəlovun, ifaları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz