Yaddas kitabcasi

Yeni metodlar səviyyəsində

Yeni metodlar səviyyəsindəRespublikamızda həyata keçirilən təhsil islahatları uşaq bağçalarından da yan keçməmişdir. Bu təbiidir, axı uşaq bu müəssisələrdə məktəbə hazırlanır. Bizim körpələr evi-uşaq bağçasında həmin istiqamətdə müəyyən işlər görülmüşdür. İşimizi məhz bu tələblərə uyğun qurmağa çalışır, həmin istiqamətdə tədbirlər həyata keçiririk.
Məktəbəqədər müəssisələrdə uşaqların emosional və fiziki inkişafının təmin olunması üçün bütün imkanlardan istifadə edilməli və uşaqlar milli ruhda tərbiyə olunaraq məktəb təliminə hazırlanmalıdır. Bu işdə pedaqoji sahədəki yeniliklərdən maksimum istifadə edilməlidir. İşin uğuru üçün müasir texniki vasitələr köməyimizə çatır.Yeni metodlar səviyyəsində
Son illərdə İsmayıllı kənd körpələr evi-uşaq bağçasında bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, il ərzində bağçada seminar-müşavirələr, konfranslar, açıq dərslər, dəyirmi masalar və pedaqoji şuralar təşkil olunur. Belə tədbirlər təcrübə və fikir mübadiləsi üçün ən yaxşı vasitədir. 6 dekabr 2012-ci ildə rayon təhsil şöbəsinin bağçamızda keçirdiyi elmi-praktik konfrans iştirakçılar üçün çox səmərəli olmuşdur. RTŞ-nin bağçalar üzrə metodisti Sevinc Məmmədovanın, bağça müdirləri və tərbiyəçilərinin iştirakı ilə baş tutan bu konfransda ilk öncə məktəbəhazırlıq qrupunda açıq məşğələ keçirildi. Bu qrupdakı uşaqlar hərfləri, rəqəmləri tanımalı, saymağı bacarmalı, şəkil çəkmək vərdişlərinə yiyələnməlidirlər. Uşaqlar məktəb həyatı haqqında müəyyən bilgilərə yiyələnməlidirlər. Elə bu baxımdan bağçanın məktəbə hazırlıq qrupunun tərbiyəçisi, bu sətirlərin müəllifi – Sevinc Əsədovanın keçirdiyi savad təlimi məşğələsi yerinə düşdü. Məşğələdə yeni təlim metodlarından geniş istifadə edildi. Məşğələ hamı tərəfindən razılıqla qarşılandı və yüksək qiymətləndirildi.
Konfransda şəhər 3 saylı körpələr evi-uşaq bağçasının musiqi tərbiyəçisi Lalə Kəbirova kompyuter vasitəsilə bir neçə dərs nümayiş etdirdi. İştirakçılar bu dərslərdən xeyli faydalandılar.
Yeni təlim metodları ilə keçirilən məşğələlər körpələrin təlim-tərbiyəsinə müsbət təsir göstərir.
Sevinc Əsədova,
İsmayıllı kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi

Şərh Yaz