Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılması

Həyat tərzi-insanın şəxsi təcrübəsi, adət-ənənələrinə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir.
Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır.Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılmasıHəyat tərzi-insanın şəxsi təcrübəsi, adət-ənənələrinə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir.
Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır.
Qlobal və lokal ekoloji problemlərin – səhralaşma və torpaqların deqradasiyası, biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), hemofiliya (talessemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir mədəni insanın başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılması
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərində fəaliyyət göstərən “Ətraf mühit və insanın sağlamlığı”, “Cəmiyyət və ekologiya”, “Biosfer və insan”, “Əhali və ətraf mühit”, “Ekoloji mədəniyyət”, “Məişət ekologiyası” dərnəklərində məşğələlər zamanı məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında dərnək rəhbərinin yaradıcı mövqeyi və şəxsi nümunəsi xüsusi rol oynayır. Bu dərnəklərdə məşğul olan yeniyetmə və gənclər ekoloji biliklərə yiyələnməklə yanaşı, ekoloji təfəkkürə və mədəniyyətə malik bir şəxsiyyət kimi formalaşırlar. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili onları zərərli vərdişlərdən çəkindirir, sağlam həyat tərzinə meyilləndirir. Ətraf mühitin sağlamlığının qayğısına qalan məktəblilər, eyni zamanda özlərinin də fiziki və mənəvi sağlamlığı barədə düşünürlər.
Məktəblilərə zəlzələ, sel, daşqın, tufan, yanğın kimi təbii fəlakət zamanı davranış və xilas olma qaydaları izah edilməli, öyrədilməlidir. Onlar xüsusilə təbii fəlakət zamanı zərər çəkmiş insanların xilas edilməsi, onlara ilk yardım göstərilməsi kimi vərdişlərə yiyələnməlidirlər.
Məktəblərdə təşkil edilmiş Ekoloji lövhələrdə yoluxucu xəstəliklər və yoluxma mənbələri haqqında məlumatlar yerləşdirilməklə yanaşı, şagirdlər həm də bu xəstəliklərə düçar olmamaq məqsədilə profilaktik tədbirlərlə də tanış edilməlidirlər.
Hər bir məktəblidə, yeniyetmədə aşağıda qeyd olunan bir sıra cəhətlərin formalaşdırılması, özünün sağlam həyat tərzini təmin etməsində böyük əhəmiyyətə malikdir:
-öz həyatının sahi bi olaraq yaşadığın həyatda müsbət nəticələrə nail olacağına inanmaq;
– zərərli vərdişlərdən uzaq olmaq, həyata qarşı özündə müsbət münasibət yaratmaq və yaşadığına görə hər gün zərrə qədər də olsa sevinc duymaq;
– özünə hörmət hissini inkişaf etdirmək, hədər yerə yaşamadığını və qarşıda duran problemləri həll etməyə qadir olduğunu dərk etmək;
– qidalanma rejiminə və sanitariya qaydalarına riayət etmək;
– əmək və istirahət rejiminə riayət etmək;
-həyatda rastlaşdığın uğursuzluqlara nikbinliklə yanaşmaq;
– nailiyyətlərə sevinmək, çünki hər bir xırda nailiyyətin sevinci böyük nailiyyətlərə təkan verir.
Ekoloji lövhədə sağlam insanı nəhəng gövdəli bir ağac kimi təsvir etsək, onun hər bir budağını sağlamlığın bir hissəsi saymaq olar.
-Sən özünü yaxşı hiss edirsənsə – bu sağlamlıqdır.
-Sənin heç yerin ağrımırsa – bu sağlamlıqdır.
-Sənin həyatda sevinməyinə heç nə mane olmursa – bu sağlamlıqdır.
-Səhər yuxudan xoş əhval –ruhiyyə ilə oyanırsansa – bu sağlamlıqdır.
-Yaxşı iştahan varsa – bu sağlamlıqdır.
Müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılmışdır. Bu fəlakətli meyllər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir.
Siqaretin insan orqanizminə nə qədər ziyanlı olduğunu siqaret çəkənlər çəkməyənlərdən daha yaxşı bilir. Ömür bizə Allah tərəfindən verilən əmanətdir. Onu ziyanlı vərdişlərlə, xüsusilə siqaret çəkməklə, alkoqollu içkilər qəbul etməklə, narkotik maddələrə aludə olmaqla ömrü qısaltmaq isə böyük yaradana xəyanət ola bilər.
Uşaqların spirtli içkilərə qurşanması, bir tərəfdən onların zehni inkşafını zəiflədir, digər tərəfdən isə onların məktəbə, idmana, təhsilə, zəhmətə olan həvəsini söndürür. Dərnək məşğələlərində məktəblilərə riyaziyyatçı Pifaqorun sözlərini xatırlatmaq lazımdır. “ Sərxoşluq ağılsızlığın məşqidir”. Alkoqolu çox qədim zamanlardan “əqlin oğrusu” adlandırmışlar.
Məktəblilərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşür. Spirtli içki, narkotik vasitələr, siqaret çəkmək, ünsiyyət zamanı emosional və psixi gərginlik, həmçinin, yaşayış yerlərində xoşagəlməz ekoloji şəraitin mövcudluğu sağlam həyat tərzinə mənfi təsir göstərir. Hamı siqaret çəkməyib idmanla məşğul ola bilər, hamı qida rejiminə riayət edə bilər. Amma əslində belə deyil. İdmanla az adam məşğul olur. Qida rejiminə əməl etmək ayrı-ayrı insanların həyat devizidir.
Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi məktəblilərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə, fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir.
Sağlam həyat tərzinə maraq oyadılması məktəbliləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirir. Maraqlı oyun formasında təşkil olunan ekoloji tədbirlər müəllim-şagird kollektivinin birgə yaradıcılıq işidir. Məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında əlamətdar təqvim günlərinə həsr edilmiş tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır.
7 aprel – Ümumdünya Sağlamlıq Gününün qeyd olunmasının əsas məqsədi uşaqlara insan sağlamlığının əvəzsiz olduğunu göstərmək və onlarda insan orqanizmi üçün çox vacib olan bu sağlamlığı qoruyub möhkəmləndirməyə həvəs oyatmaqdan ibarətdir. Sağlamlıq günü şagirdlərlə “Sağlam həyat tərzi nədir?”, “Sağlamlıq və fiziki mədəniyyət”, “Şəfalı bitkilərin əhəmiyyəti”, “Dərman bitkiləri ilə səyahət”, “Təbabətdə istifadə olunan güllərin insanın sağlamlığında rolu”, “Ekologiya və insan sağlamlığı” mövzularında viktorina, dəyirmi masa, disput və ekobreyn-rinqlərin, tibb işçiləri ilə görüşlərin keçirilməsi məqsədəuyğundur. Şagirdlər həm də elektromaqnit sahələrinin, burulğanın və şüalanmanın, mobil telefonların, kompyuterlərin, peyk ötürücülərinin canlı orqanizmlərə, xüsusilə də insanların sağlamlığına təsiri barədə məlumatlandırılmalıdırlar.
1 dekabr – Beynəlxalq QİÇS günü məktəblilərin həkimlərlə görüşlərinin təşkili onların bu xəstəliyə tutulmamaları üçün profilaktik tədbirlərlə tanış edilmələri zəruridir.
Məktəblilərin zərərli vərdişlər haqqında biliklərə yiyələnmələri məqsədilə sənaye müəssisələrinə ekskursiyaların keçirilməsi, yaşayış yerlərinin tullantılardan təmizlənməsində iştirak etmələri, elektrik və digər avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmələri, ekoloji monitorinqlərdə iştiraklarının təmin olunmaları vacib şərtlərdəndir.
Məktəblilərdə sağlam həyat tərzinin formalaşması və ekoloji təbliğatla məşğul olan hər bir pedaqoji işçi “Davamlı inkişaf konsepsiyası”nın tarixi mahiyyəti və əsas məqsədi, BMT-nin, RİO-92 konfransında qəbul edilmiş “XXI əsrin gündəliyi” adlı sənəd və onun bölmələri, ətraf mühitin mühafizəsinə aid Beynəlxalq Konvensiyalar, “Ümumdünya mədəni və təbii irsin qorunması hüquqları”, “1994-cü il BMT-nin iqlim dəyişməsi üzrə çərçivə konvensiyası”, 1996-cı il “Ozon qatının qorunması” üzrə konvensiya, 1998-ci il “Səhralaşmaya qarşı mübarizə”, 1999-cu il “Ətraf mühitə aid məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və informasiyanın alınması” barədə Orxus konvensiyası, 2001-ci il “Bioloji müxtəliflik” üzrə konvensiya, ümumiyyətlə, ətraf mühitin mühafizəsinə aid Beynəlxalq Konvensiyalar və bu sahədə Azərbaycan Respublikasının Dövlət qanunvericiliyi, Ekologiya sahəsində Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiya haqqında məlumatlı olmalıdır.
Məktəblilərə “Konstitusiya –ekoloji hüququn əsas hüquqi bazasıdır”, “Ekoloji hüquq və vətəndaş mövqeyi”, “Ekologiya və uşaqlar“, “Ev əşyaları və sağlamlıq”, “Tibbi ləvazimatlar və onların tullantıları”, “Elektrik cihazlarının mənzilin ekoloji mühitinə təsiri”, “Planlaşdırmanın ailənin sağlamlığında rolu”, “Yataq otağının gigiyenası”, “Ətraf mühit və ginekoloji xəstəliklər”, “Şikəst və sağlam doğulan uşaqlar” kimi çox vacib və aktual olan bu mövzularda söhbətlərin aparılmasına ciddi ehtiyac vardır.
Gələcəyimiz olan məktəblilərdə sağlam həyat tərzi formalaşdırmaq hər bir ailənin, hər bir vətəndaşın, hər bir pedaqoji işçinin, tərbiyəçinin borcudur.
Məktəblilərdə sağlam həyat tərzinin formalaşdırılmasıYaşar Nuriyev,
İsamayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz