“Ulduz” “Günəş”ə qalib gəldi

Noyabr ayının 29-da İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində (ET və TM) “Eko Breyn-rinq” keçirilmişdir. Yarışda səhər 2 və 3 saylı tam orta məktəblərinin komandaları iştirak etmişlər. Hər iki komandadan üzvlərin fəallığı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda şəhər 2 saylı tam orta məktəbinin “Ulduz” komandası 3 saylı tam orta məktəbin “Günəş” komandasına qalib gəlmişdir.
Mərkəzin gənc ekoloqları keçirilən tədbirlər hesabına bu sahədəki biliklərini daha da artırırlar.
İlhamə Hüseynova,
ET və TM-nin dərnək rəhbəri

Şərh Yaz